Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Miqrantlara qarşı reydlər: Rusiyanın rüşvət və fürsətçilik şəbəkəsi (VİDEO)


Moskvadakı miqrant çadırları əsir düşərgəsinə çevrilə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Moskvadakı miqrant çadırları əsir düşərgəsinə çevrilə bilər?

-

Lyubov Chizhova, Olya Kurachyova / / Zülfüqar Rüfətoğlu tərcümə etdi

Dağıstanlı iki ticarətçinin Moskva bazarında polisi döyməsinin ardınca Rusiyada yüzlərlə işçi miqrant tutulub. Millətçilər bu təmizləmə əməliyyatlarını qeyri-rusların ölkədən çıxarılması üçün fürsət kimi alqışlayıblar. Belə reydlərin məsələnin mahiyyətinə – korrupsiya şəbəkəsinə qarşı yönəlmədiyini düşünənlər də var. Axı polis də, başqa rəsmilər də müdafiəsiz miqrantlardan rüşvət qoparırlar.

Ötən həftə Rusiyada baş verənlər təsadüf deyildirsə, o zaman qanunsuz miqrantların gələcək taleyinə yalnız acımaq olar. Polis Vyetnamdan, Azərbaycandan, Suriyadan, Mərakeşdən, Qırğızıstandan, Özbəkistan və Misirdən olan 1400 mühaciri həbs edib. Onlardan 600-dən çoxu deportasiya məqsədilə boğucu çadırlardan ibarət düşərgələrdə yerləşdirilib.

Bu arada Rusiyanın miqrasiya rəsmiləri ölkə boyunca 80 saxlama məntəqəsinin yaradılmasına çağırıblar. Deməli, qeyri-leqal işçilərə qarşı mübarizə hələ indi genişlənir.

REYDLƏRDƏ MƏQSƏD RƏĞBƏT QAZANMAQDIR?

Müşahidəçilərin fikrincə, təmizləmə kampaniyası yerli seçkilər ərəfəsində millətçi rusların rəğbətini qazanmaq məqsədi güdür.

Arxiv foto
Arxiv foto
Rusiya Miqrantlar Federasiyasının prezidenti Mohammad Majumder və onun kimi düşünən tənqidçilər deyirlər ki, son hərəkətlər qanunsuz miqrasiyanın kökündə duran korrupsiya problemini çözmür. Majumder deyir ki, polislər, bürokratlar və qanuni miqrant sənədlərinin əldə edilməsinə araçılıq edən dəllallar böyük pullar qazanırlar:
«MDB vətəndaşları çalışma izni almaq üçün, sadəcə, 2 min rubl gömrük rüsumu ödəməlidir, amma əslində 20-25 min rubl ödəməyə məcbur qalırlar. Deməli, söhbət pul qoparmaqdan gedir. Bizim rəsmilər minlərcə araçı firma yaradıblar. Bu, miqrantlar üzərində qurulmuş qanunsuz biznesdir».

Majumder onu da deyir ki, Rusiyada olan 10 milyonluq miqrant ordusunun 90 faizi qanunsuzdur. Bu adamlar daimi qanunsuzluq, şərləmə və zorakılıq qarşısında acizdirlər.

«QAFQAZ BARƏDƏ ƏCİNNƏ İMİCİ YARADILIB»

Reydləri doğuran hadisəyə də diqqət çəkənlər var. Dağıstanlı qarpızsatanlar – KhalimatMagomed Rasulovlar Moskvanın Matveyev bazarında bir polisi beysbol taxtasıyla döyərək, ona ağır bədən xəsarəti yetiriblər. Maraqlıdır ki, bütün bu müddətdə digər polislər kənara çəkilərək, olaya müdaxilə etməyiblər.

Moskva bazarlarında reydlər
Moskva bazarlarında reydlər
Prezident Putin-dən tutmuş elə ticarətçilərin özünədək tənqidçilər düşünür ki, Rasulovlar rüşvət vermədiklərindən təxribata çəkilə bilərdilər.

Rusiya Elmlər Akademiyasından Enver Kisriyev deyir ki, Rusiya vətəndaşı olsalar da, Şimali Qafqazdan olan işçilərə qarşı daha çox qanunsuzluq törədilir:

«Bütün ticarətçilər, istisnasız, rüşvət verirlər. Qafqazlılar başqalarından xeyli artıq verirlər. Axı Qafqaz barədə əcinnə imici yaradılıb. Əslinə baxsan, dağlarda qarpız bitmir. Dağıstanlılar qarpızı Həştərxandakı qarpız baronlarından alır, həm özlərinin, həm də qohumlarının puluyla riskə girirlər».

«Memorial» kimi insan haqları qrupları bildirirlər ki, miqrantların qanunu pozduğunu göstərən sənədləri tələb etmək hüququ var. Yemək və yaşayış yeri vermədən onları azı 3 saat saxlamaq qanunsuzluqdur.

POLİSLƏRİN RÜŞVƏT MƏNBƏYİ - BAZARLAR

Rusiyanın insan haqları ombudsmanı Vladimir Lukin Moskvanın çadır düşərgələrindəki şəraitdən narahatlığını dilə gətirib. Bu düşərgələrdə adamların gediş-gəlişi məhdudlaşdırıldığından onların ərzaq əldə etmək imkanları azdır. Bütün bunlar hökumətin təyin etdiyi qaydalara uyğun gəlmir.

Miqrant düşərgəsi
Miqrant düşərgəsi
Bəziləri diqqəti belə bir məqama çəkir ki, reydlər, Moskva meriyası da daxil olmaqla, sentyabrın 8-də keçiriləcək yerli seçkilərdən bir ay əvvələ təsadüf edir və miqrantlara mənfi yanaşan Rusiya seçicilərinin səslərinə hesablanıb.

Sankt-Peterburqda əlüstü yaranan və üzvlərinin bəziləri hələ də yeniyetmə olan gənc millətçi qruplaşmaları da bazarlara reyd keçirir. Onlar polisin gözü qarşısında miqrantlardan sənəd istəyir, meyvə yeşiklərini dağıdır, yoldan ötənlərə «müftə» mal təklif edirlər.

2009-cu ildə Putinə videomüraciət ünvanlamış keçmiş polis mayoru Aleksei Dymovsky deyir ki, bazarlar polis üçün böyük gəlir mənbəyidir, çünki polis səlahiyyətindən sui-istifadə edərək, miqrant alverçilərdən rüşvət qoparır:

«Əvvəllər Novorossiysk ərazisində üç bazar vardı. Yadımdadır ki, polis bu üç bazardan rüşvət yığırdı. Rüşvət meyvə, pul, tərəvəz və kartof şəklində də ola bilərdi. Ya da görürdün ki, polis zabiti özünə bağ evi tikməkdən ötrü tacik və ya özbəklərin əməyindən yararlanır, onları birbaşa bazardan götürərək tikintiyə aparır».
XS
SM
MD
LG