Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Bakıda bəzi məktəblərdə saxta siniflər açılıbmış...


Arxiv foto
Arxiv foto
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni dərs ilinin əvvəlindən məktəblərdə artıq maliyyə pozuntularının qarşısını almaq üçün araşdırmalara başlayacaq. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BŞTİ-nin müdir əvəzi Məhəmməd Bayramov deyib.

M. Bayramov bildirib ki, ötən dərs ilində idarənin maliyyə təsərrüfatı fəaliyyəti Hesablama Palatası tərəfindən audit edilib. Auditin nəticələri normal olduğunu deyən M. Bayramovun sözlərinə görə, yeyinti halları aşkar olunmayıb.

Bəzi hallarda az xərcləmə hallarına rast gəlindiyini deyən BŞTİ-nin müdir əvəzi bunun məktəb direktorlarının günahı olduğunu deyib: "Bəzi hallarda artıq xərcləmə, bəzi hallarda isə az xərcləmə aşkar olunub. Artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib. Yəni, maliyyə işçilərində bir nöqsan aşkar olunmasa da, direktorların maliyyə işində müəyyən boşluğa yol verdikləri aşkar olunub".

Az xərcləmə hallarına gəlincə M. Bayramov buna misal kimi məktəblərdə bəzən şagird sayı çatışmadığı halda, 19 nəfərdən ibarət olan sinif xarici dilin tədrisində iki yerə bölündüyünü, maliyyə israfçılığına yol verildiyini, paralel siniflərin birindən digərinə şagird keçirməklə saxta siniflər açıldığını bildirib.

Amma o, belə qanun pozuntularına qarşı hansı tədbirlər görüldüyü barədə jurnalistlərə bir söz deməyib.

BŞTİ-nin müdir əvəzi M. Bayramov belə halların bu dərs ilinin başlanğıcından başlayaraq araşdırılacağını vurğulayıb.
XS
SM
MD
LG