Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Ən çox hansı ölkəyə mühacirət edilir?


ABŞ. New York. Time Meydanı
ABŞ. New York. Time Meydanı
-
Bu barədə BMT-nin Qlobal Miqrasiyaya dair bu həftə açıqlanmış statistik hesabatında yazılıb.
Bu məlumat Asiyadan miqrasiya meyllərinin dəyişdiyini göstərir.
Bununla belə, ABŞ miqrasiya üçün ən cəlbedici istiqamət olaraq qalır.
Planet üzrə miqrant kimi yaşayanların sayı artmaqda davam edib.
2013-cü ildə 232 milyon adam və ya Yer əhalisinin 3,2 faizi miqrant kimi qeydə alınıb.
Müqayisə üçün bildirilir ki, bu rəqəm 2000-ci ildə 175 milyon, 1990-cı ildə isə 154 milyion nəfər idi.
Dünya üzrə miqrantların yarısı 10 ölkədə məskunlaşıb.
MİQRANTLARIN SEÇDİYİ ÖLKƏ - ABŞ
Bu ölkələrə artıq deyildiyi kimi 45, 8 milyon miqrantla ABŞ liderlik edir. Amerikanın ardınca 11 milyon miqrantı olan Rusiya Federasiyası gəlir.
Almaniyada 9,8 milyon, Səudiyyə Ərəbistanında 9,1 milyon, Birləşmiş Ərəb Əmirliklərində 7,8 milyon, Bitləşmiş Krallıqda 7,8 milyon, Fransada 7,4 milyon, Kanadada 7, 3 milyon, Avstraliya və İspaniyada – hərəsində 6,5 milyon miqrant var.
Asiyaya miqrantların axını 2000 və 2013-cü illər arasında kəskin qalxıb.
Asiya və Cənub-Şərqi Asiyada neft istehsalı ilə bağlı, Malayziya, Sinqapur və Taylandda isə sürətlə yüksələn iqtisadiyyatla əlaqədar miqrantların sayı daha 20 milyon nəfər artıb.
Miqrantların sayına görə birinci yerdə ABŞ qərarlaşıb: 45, 8 milyon. Amerikanın ardınca 11 milyon miqrantı olan Rusiya Federasiyası gəlir. Almaniyada 9,8 milyon, Səudiyyə Ərəbistanında 9,1 milyon, Birləşmiş Ərəb Əmirliklərində 7,8 milyon, Bitləşmiş Krallıqda 7,8 milyon, Fransada 7,4 milyon, Kanadada 7, 3 milyon, Avstraliya və İspaniyada – hərəsində 6,5 milyon miqrant var.
Miqrasiya axının başqa istiqamətləri ilə müqayisədə Asiya 2000-ci ildən bəri ən böyük miqrant axını yaşayıb. 13 il ərzində Asiyanın miqrant əhalisi 20 milyon nəfər artıb.
BMT-nin Beynəlxalq Miqrasiyaya və İnkişafa dair keçirəcəyi böyük tədbirin ərəfəsində açıqlanmış hesabatda deyilir ki, beynəlxalq miqrantların 75 faizi iş qabiliyyətli yaşda olanlardır.
Bunlardan 48 faizini qadınlar təşkil edirlər.
MİQRASİYA BARƏDƏ BÖYÜK DİALOQ
2013-cü ilin 3-4 oktyabrında BMT-nin baş qərargahında Beynəlxalq Miqrasiya və İnkişafa dair Yüksək Səviyyəli Dialoq keçiriləcək.
Bu forumda miqrasiyanın faydalı istiqamətdə yönləndirilməsi problemləri müzakirə ediləcək.
BMT baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Wu Hongbo deyib ki, «miqrasiya insanlar üçün imkanları genişləndirir, ehtiyatlara çıxış verir və yoxsulluğu azaldır».
Bütün dünya miqrantlarının təxminən üçdə iksi Avropada və Asiyada yaşayır. BMT-nin hesabatına görə 2013-cü il üçün Avropada 72 milyon, Asiyada isə 71 milyon miqrant məskunlaşıb.
Təxminlərə görə Şimalın inkişaf etmiş ölkələrində 136 milyon, Cənubun inkişaf etməkdə olan ölkələrində isə 96 milyon miqrant sakindir.
BMT-nin Əhali Departamentinin direktoru John Wilmoth bildirib ki, miqrasiyanın yeni istiqamətləri yaranır və bəzi hallarda miqrasiya üçün mənbə rolunu oynayan ölkələr eyni zamanda tranzit və istiqamət ölkələri olurlar.
Asiyalılar və Latın Amerikasından olanlar vətənlərindən kənarda yaşayan ən böyük diasporaları təmsil edirlər. 2013-cü ildə Asiyalılar 19 milyon nəfərlə Avropada yaşayan ən böyük diasporadır. Onların 16 milyonu Şimali Amerikada və 3 milyonu Okeaniyada yaşayır.
Latın Amerikasında və Karib hövzəsində doğulmuş miqrantların 26 milyonu Şimali Amerikada məskunlaşıb.
XS
SM
MD
LG