Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Naxçıvanın da təşviqat yerləri açıqlandı…


Foto: Arxiv
Foto: Arxiv
-
Seçkiqabağı təşviqatın aparılması üçün ayrılmış yerlərin siyahısına Naxçıvan Muxtar Respublikasındakı ərazilər də əlavə olunub.

MSK-dan AzadlıqRadiosuna verilən məlumata görə, bu əlavə komissiyanın rəsmi saytındakı siyahıya sentyabrın 15-də edilib.

Halbuki, bundan əvvəl «Azərbaycan» qəzetinin 11 sentyabr sayında ölkə üzrə mitinqlərin keçirilməsi üçün ayrılmış yerlərin siyahısında Naxçıvan Muxtar Respublikası üzrə ərazilər qeyd olunmamışdı.

Təşviqat aparılması üçün ayrılmış açıq və qapalı yerlər muxtar respublika ərazisindəki 7 rayon və paytaxt Naxçıvan şəhərində müəyyənləşdirilib. Seçki kampaniyasının aparılması üçün əsasən muxtar respublikadakı stadionlar və mədəniyyət evləri nəzərdə tutulub.

Yerlərin siyahısı belədir:

1. Naxçıvan şəhəri - Naxçıvan şəhər Stadionu, Naxçıvan şəhər Olimpiya İdman Kompleksi.
2. Şərur rayonu - Şərur şəhər Stadionu, Şərur rayon Mədəniyyət evi
3. Babək rayonu - Babək rayon Stadionu, Babək rayon Mədəniyyət evi
4. Culfa rayonu - Culfa şəhər Stadionu, Culfa rayon Mədəniyyət evi
5. Ordubad rayonu - Ordubad şəhər Stadionu, Ordubad rayon Mədəniyyət evi
6. Şahbuz rayonu - Şahbuz şəhər Stadionu, Şahbuz şəhər «Araz» kinoteatrı
7. Kəngərli rayonu - Kəngərli rayon Stadionu, Kəngərli rayon Mədəniyyət evi
8. Sədərək rayonu - Heydərabad qəsəbə Stadionu, Sədərək rayon Mədəniyyət evi

MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev muxtar respublika ərazisindəki təşviqat yerlərinin siyahıya gec əlavə edilməsinin texniki problemlə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG