Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Pərviz Həşimli həbsdə qaldı


-
Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin həbsindən verilən şikayətə baxılıb.

Şikayət təmin edilməyib.

Bu haqda onun vəkili Anar Qasımlı məlumat verib.

Pərviz Həşimli qaçaqmalçılıqda və qanunsuz silah saxlamaqda ittiham olunur.

Müdafiə tərəfi ona qarşı irəli sürülən ittihamları rədd edir.

Pərviz Həşimli «Bizim yol» qəzetinin parlament müxbiri, moderator.az saytının rəhbəri, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, AXCP Ali Məclisinin üzvüdür.
XS
SM
MD
LG