Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Yeni gizli videoda İlham Əliyev və Oqtay Əsədovun adları hallanır [Video]


Arxiv foto
Arxiv foto
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev «Azadlıq.TV»-nin redaksiyasına keçmiş ofisində gizli kamera ilə çəkilmiş yeni video təqdim edib.
Videoda Sevinc Babayeva kimi təqdim edilən bir qadınla Elşad Abdullayev arasında söhbət gedir. E. Abdullayev Ramiz Mehdiyevin və ya Milli Məclisin spikeri Oqtay Əsədovun onu qəbul etməsini istəyir. Sevinc Babayeva bu barədə Oqtay Əsədova məlumat verəcəyini bildirir və otağı tərk etmək istəyəndə E. Abdullayev onu geri çağırır:

Elşad Abdullayev

ELŞAD ABDULLAYEVLƏ SEVİNC BABAYEVANIN GÖRÜNTÜSÜ

E. Abdullayev: Bir məsələni də mənim üçün aydınlaşdır. Hara tələsirsən? Qaça-qaçdır? Sabah gedib danışarsan.
S. Babayeva: Bu məsələ axşama həll olunmalıdır. Prezident axşama qədər vaxt qoyub ki, Elşadın məsələsi həll olunmalıdır.
S. Babayeva: Ramiz deyir də göstərişləri.
E. Abdullayev: Onda elə Ramizə deyəydi, Oqtaya niyə deyirdi?
S. Babayeva: Başa düşmürsən, Ramiz Mehdiyev dünəndən sənin başçını – Alını çağırıb. (Alı Qocayev o zaman Binəqədi rayonunun icra başçısı vəzifəsində işləyib – red.) Alıya deyib ki, Elşad beş yüz mini bu gün çatdırsın. Kimə çatdırır - çatdırsın. Bu gün çatdırmalıdır.

Ramiz

Ramiz Mehdiyev video qalmaqalından danışdı

«Bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır».
03.10.2012
Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Gülər Əhmədova-Elşad Abdullayev qalmaqalına münasibət bildirərkən AzərTAc-a deyib:
«Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək».
R. Mehdiyev qeyd edib ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz:
«Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir. O ki qaldı ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də var. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq».
E. Abdullayev: – Alı mənə dedi. Dedim, qardaş, iki dəfə artıq vermişəm. Dedi ki, heç nə çatmayıb.
S. Babayeva: – O məsələni əvvəldən bilmir, axı. Deyir, 500 yüz çatıb, 500 də al.
Bundan sorna Sevinc Babayeva deyir ki, bu işdə onun heç bir təqsiri yoxdur. Ona deyilənləri söyləyir:
S. Babayeva: – Mənə deyirlər, mən də onu deyirəm. Gülər deyir ki, işi alınmasa, məni yaşamağa qoymayacaq. Deyir ki, burada nazir işim həll olunma ərəfəsində pəl vurursan mənə.
E. Abdullayev: – Mən belə şey görməmişəm. Ölkənin generalı pul götürür, qaçır.
S. Babayeva: – Sən düz danışmırsan. Sən mənə söz dedin. Getdim, götürdüm, qaytardım. Atmaq vaxtı getdi. Özü də onlar bilir ki, mən Mehriban xanımı, Nərgiz xanımı tanıyıram. Durub onlara deyərəm ki, bunlar mənim başıma oyun açırlar. Atmaq söhbəti yoxdur. Prezident özü şəxsən deyib Elşad pulu gətirib qoysun stolun üstünə. Bu gecə çatmalıdır. Ölsə də çatmalıdır. İlham deyib. Bunların təqsiri yoxdur. İlham deyib 3 almışam.
E. Abdullayev: – Biz bu işi Ramizlə görmüşük, yoxsa Oqtayla?
S. Babayeva: – Oqtaya Ramiz deyib. Deyib ki, bu gün pulu çatdırın.
E. Adullayev: – Onda Ramizlə danışım deyim ki, bu nə məsələdir belə? Gülər nəyi həll elədi?
S.Babayeva: – Gülər deyir ki, bu oyuna getməsə peşiman olacaq. Onun universiteti də, klinikası da düzələcək. Çıxarıb qardaşını da verəcəklər. Prezident, Ramiz, indi də Oqtay ilişdi işə. Deyir ki, bütün işləri həll olunma ərəfəsində özü qaçır. Fərqli-fərqli adamlarla işini görür. Deyir ki, onlar özü imza atıblar ki, kömək eləsinlər, Elşad özü qaçır. Gülər deyir ki, mənə həyat verdilər onlar, həyat.
Sonda onlar Ramiz Mehdiyevlə görüş üçün razılığa gəlirlər.
XS
SM
MD
LG