Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:44

Napoleonun daha bir original portreti üzə çıxdı


Napoleon Bonopart
Napoleon Bonopart
-
Napoleon Bonopartın bir şəxsi kolleksiyçıda saxlanılan və surət olduğu hesab edilən portretinin Jak Lui Davidin (Jacques-Louis David) fırçasından çıxdığı məlum olub.

The Independent-in yaydığı xəbərə görə, portretin kopiya deyil, original olduğunu Redinq Universitetinin (The University of Reading) sənət tarixi üzrə baş müəllimi Saymon Li (Simon Lee) sübuta yetirib.

Portretin indiki sahibi kopiya olduğu zənn edildiyindən 2005-ci ildə onu cəmi 15 min funta (25 min dollar) alıb.

Halbuki Davidin 2006-cı ildə hərraca çıxarılan original əsərinə ekspertlər 2, 14 milyon funt (3,5 milyon dollar) qiymət qoymuşdular.

Saymon Li açıqlamasında portretin çox çirkli olduğu üçün surət sayıldığını bildirib.

Tədqiqatçı əsərlə çox pis rəftar edildiyini, o üzdən onun tutqun və hamar göründüyünü bildirib.

Bərpaçılar portreti təmizləyən kimi Saymon Li işə başlayıb.

Araşdırıcı portretin original olduğuna əmin olmaq üçün onu başqa portretlərlə - ABŞ-da yaşayan Henrix Frick-in kolleksiyasındakı əsərlərlə müqayisə edib.

Araşdırmalar portretin oxşar manerada çəkildiyini üzə çıxarıb. Portretdəki paltar- örtüklər də bənzər tərzdə işlənib.Davidin çəkdiyi bütün Napoleon rəsmlərini incələyən tədqiqatçı onun müxtəlif mundirlərdə əks olunduğunu görüb.

Bu portretdə imperator 1813-cü ilin Milli Qvardiya mundirindədir. Elə portretin yaranma tarixi də 1813-cü ilə aid edilir.Bu portretin orijinalının X1X əsrdə itdiyi güman edilirdi.

Portret haqqında ilk bilgi onun Borthwick-Norton şotland ailəsinin əlində olduğu vaxtlara təsadüf edir.

Daha sonra portretin sahibi Şotlandiya Kral Akademiyasını (Royal Scottish Academy) olub və elə oradan da 2005-ci ildə şəxsi kolleksiyaçıya satılıb.

Xatırladaq ki, Jak Lui David (1748-1825) Napoleonun rəsmi saray rəssamı olub.
O, imperatorun bir neçə rəsmini çəkib.

Onlardan ən məşhuru -The Coronation of Napoleon (1806-1807) indi Luvrda saxlanılır.


.
XS
SM
MD
LG