Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:44

Azərbaycan internetə görə qismən azad ölkələr arasındadır


US--Freedom house logo
US--Freedom house logo
Freedom House təşkilatı ümumilikdə dünyada internet azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirir.Təşkilatın 2012-2013-cü il üçün yayadığı hesabatda buna səbəb kimi interneti müşahidənin artması, materallara nəzarət etmək üçün yeni qanunlar qəbul edilməsi və sosial şəbəkə fəallarının həbsi göstərilir.

Amma təşkilat bildirir ki, təhlükələr artdıqca fəallar daha effektli mübarizə aparmağa başlayıblar.

Hesabat 60 ölkəni əhatə edir. İran, Kuba və Çin İnternetə çıxış və senzurada ən pis ölkələr hesab olunur. Həmçinin Belarus, Pakistan və Özbəkistan azad olmayan ölkələr arasındadır.

Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan isə qismən azad ölkələr sırasında gəlirlər.

Keçmiş Sovet ölkələri olan Ermənistan, Gürcüstan və Ukrayna isə azad ölkələr sırasındadır.

Hesabatda ötən il ümumilikdə saytlara senzuraların artdığı, müxtəlif ölkələrdə internet fəallarının yazılarına görə həbs edildiyi, işgəncələrə məruz qaldığı və öldürüldüyü bildirilir.
XS
SM
MD
LG