Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:41

Günel Mövlud. Bir dustağın tarixçəsi...


Günel Mövlud
Günel Mövlud
-

- İndidən pul yığıram. Rüşvət olsun, xəstəlik kağızı olsun, nə olur-olsun, düzəldəcəm, amma oğlumu əsgər göndərməyəcəm...


Günel Mövlud


BIR DUSTAĞIN TARİXÇƏSİ…

Və ya «mənim oğlum dənizi görməyib»


Hazırda siyasi səbəblərdən,
günahsız olduqları halda dustaq həyatı yaşayan
gənc fəallara ithaf…


Yazıya başlamazdan əvvəl təxminən ay yarım əvvəl, valideynlərimin yaşadığı Biləsuvar rayonundan qayıtdığım vaxt eşitdiyim bir söhbəti xatırlamaq istəyirəm.

Bu söhbət o qədər qısa oldu ki, onu ayrıca məqalədə yazmaq mümkün deyildi. Amma o söhbətin ağırlığı o qədər çox idi ki, mən ağırlığı yazıya daşıyacaq qədər istedadlı bilmirəm özümü.

O, hər səhər dörd nəfər müştəri tapıb, 10 manata Bakıya gətirən və ailəsini bununla dolandıran sürücü, Cəbrayıl köçkünü idi. Bakıya çathaçatda, adamboyu daş hasarların dövrəyə aldığı Xəzər tərəfə baxıb dedi:

- İndidən pul yığıram. Rüşvət olsun, xəstəlik kağızı olsun, nə olur-olsun, düzəldəcəm, amma oğlumu əsgər göndərməyəcəm. İstəmirəm oğlum bu vətəni qorusun. Çünki mənim oğlumun 13 yaşı var, amma hələ bir dəfə də dənizi görməyib. Mən ona dənizi göstərmək üçün yer tapa bilmirəm…

İvan Denisoviçin bir günü...

Bu kitab, sovet dövründə dustaq həyatı yaşayan sadə bir insanın ağrı və dözüm dolu hekayətidi.

İvan Denisoviç dustaqdı. Rusiyanın ən soyuq yerində, ən ağır rejimli cəzaçəkmə müəssisələrindən birində cəza çəkir. Günahı Böyük Vətən Müharibəsi illərində alman əsirliyindən qaçıb, özününkülərə sığınmaqdı.
Dissident yazıçı A.Soljenitsının kitabı Günel Mövludun tərcüməsində
Dissident yazıçı A.Soljenitsının kitabı Günel Mövludun tərcüməsində

Onun alman kəşfiyyatçısı olmadığına heç kim inanmayıb, vətənə xəyanət maddəsi ilə on il azadlıqdan məhrum ediblər. Cəzasının 7 ilini artıq çəkib. Üç ildən sonra böyük ehtimalla onun işinə yeni maddə əlavə edib, həbs müddətini uzada da bilərlər. Uzatmasalar, bu, əsl xoşbəxtlik olacaq, İvan Denisoviç ailəsinin yanına qayıdacaq. Arvadı ona yazır ki, kənddə daha kişi qalmayıb. Qalanlar da ya evdən çıxmır, ya da içkiyə qurşanıblar. Bütün ölkə qorxu və depressiya içindədir.

Amma İvan Denisoviçin bütün bunları düşünməyə vaxtı yoxdur. O az qala hər gün ağır işdə işləməli, aclıqla, Rusiyanın vəhşi, öldürücü soyuğu ilə mübarizə aparmalı, durmadan yemək tapmaq barədə düşünməli, bir tikə artıq çörək əldə etmək üçün nə edə biləcəyini götür-qoy eləməlidir. Bu, İvan Denisoviçin hər günü deyil, bu, İvan Denisoviçin, ölkədə yüz minlərlə, milyonlarla əsassız həbs olunmuş dustaqların hər günüdür.

Amma bura də ölkənin azad adamlarının yaşadığı yerlərdən fərqlənmir. Burada da rüşvət var. Burada da varlı-kasıb var. Burada da arxalı-arxasız var. Burada da yaltaq, satqın, sözgəzdirən, güclü, zəif var. Burada da, zəif olsan, ya soyuqdan, ya acından ölə, ya da kiminsə bıçağına tuş gələ bilərsən.

Amma yaşlı dustaqlardan birinin dediyi kimi, burada da yaxşı adam olmaq mümkündür.

Əsərin bütün qayəsi demək olar ki, budur. Hər yerdə yaxşı, vicdanlı, qürürlu adam olmaq mümkündür. Belə bir həyat yaşadığın halda, pis adam olmaqdan çəkinə bilirsənsə, deməli, sən heç vaxt pis adam olmayacaqsan.

İvan Denisoviç Şuxov kimi…
XS
SM
MD
LG