Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Azərbaycanla Avropa Birliyi viza rejimi barədə saziş imzalaya bilər


Foto arxiv
Foto arxiv
“Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə saziş yəqin ki, Vilnüs sammitində imzalanacaq. Amma bu sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da vacibdir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils deyib.O bildirib ki, readmissiya haqqında sazişin hazırlanması yekunlaşmaq üzrədir və tam hazır olması üçün bir qədər vaxt lazımdır. Bütün paket 2014-cü ildə qüvvəyə minəcək-deyə o vurğulayıb.

Sənədin imzalanmasından sonra Azərbaycan vətəndaşlarının Şengen vizası alması sadələşəcək və viza üçün rüsum azalacaq.
XS
SM
MD
LG