Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

İran ruhani lideri 95 milyard dollarlıq sərvətə nəzarət edir


Əli Xamnei
Əli Xamnei
-
Türkiyənin “Zaman” qəzetinin xəbərinə görə, Reuters agentliyi 6 ay sürən araşdırmadan sonra İranın ruhani lideri ayətullah Ali Khameneinin 95 milyard dollarlıq bir sərvətə nəzarət etdiyini üzə çıxarıb.

Khameneinin ‘Setad’ adlanan və çox tanınmayan bir qurumdan yararlanaraq öz sərvətini gündən-günə artırdığını bildirən agentlik, bu maliyyə gücünün İran sənayesinin az qala hər bir sahəsinə nüfuz etdiyini vurğulayır.

Reuters-ə görə, “Setad”-ın iqtisadi ağalığı əhalinin hər kəsiminə aid mülklərin “tərk edilib sahibsiz qalması” bəhanəsi ilə mənimsənməsinə dayanır. Zaman- zaman məhkəməyə yanlış məlumatlar verən həmin qurum daha sonra bu mülkləri ya hərraca çıxarır, ya da sahiblərinə geri sataraq böyük gəlir əldə edir.

Xəbərdə deyilir ki, “Setad” təkcə may ayında 300 mülkü hərrraca çıxarıb.

Tam adı ‘Həzrəti İmamın Fərmanını İcra Mərkəzləri’ olan “Setad” İran inqilabının lideri ayətullah Ruhollah Khomeininin ölümündən az öncə – 1989-cu ildə qurulub.

Qarmaqarışıq inqilab illərində tərk edilən mülklərin idarə edilməsini hədəf götürən “Setad” Khamenei dönəmində onlarca özəl və dövlət şirkətini satın alaraq iqtisadiyyatın dövlətləşdirilməsi istiqamətində ən böyük vasitəyə çevrilib.

Reuters-in fikrini öyrəndiyi mütəxəssislər həmin qurumun hər hansı məhkəmə və ya parlament nəzarətindən kənarda saxlandığını söyləyiblər.
XS
SM
MD
LG