Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

Qəbri açılmış şairin cəsədinin analizləri açıqlandı


Pablo Nerudanın məzarı
Pablo Nerudanın məzarı
-
Pablo Nerudanın cəsədinin analizləri açıqlanıb. Tanımış Çili şairi Pablo Nerudanın qalıqlarının analizi sübut edib ki, o zəhərlənib öldürülməyib.

Reuters-in yaydığı xəbərə görə, noyabrın 8-də 15 nəfərdən ibarət yerli və xarici komissiyanın ekspertləri bu qənaətə gəlib.

Komissiya ünlü şairin qalıqları üzərində 6 ay ərzində araşdırma aparıb.

Pablo Nerudanın tabutu
Pablo Nerudanın tabutu
Çilinin bu işə nəzarət edən Ədliyyə Nazirliyinin yaydığı açıqlamada komissiyanın ekspertlərinin onun qalıqlarında cidd-cəhdlə zəhər izini axtardığı, amma tapmadığı bildirilir.

Xatırladaq ki, bu il aprelin 8-də ölkə rəhbərliyi şairin Augusto Pinochet-in tapşırığı ilə zəhərləndiyi iddialarına aydınlıq gətirmək üçün Pablo Nerudanın cənazəsini Isla Negra-dakı məzarlıqdan çıxarılıb.

Nobel mükafatçısı Pablo Neruda 1973-cü il sentyabrın 23-də – Çilidə silahlı çevrilişdən 12 gün sonra ölüb.

Həmin çevriliş hərbi xuntanın – Augusto Pinochet-in hakimiyyətə gəlməsi ilə nəticələnmişdi.

Rəsmi versiyaya görə, şair prostat vəzinin xərçəngindən ölüb.

Ancaq şairin dostu və şəxsi köməkçisi Manuel Araya məhkəməyə üz tutaraq istintaq təşəbbüsü qaldırıb.

Araya-nın fikrincə, 40 il öncə sentyabrın 22-də Santyaqodakı Müqəddəs Mariya xəstəxanasında Pinochet-in əmri ilə şairə ölümcül iynə vurulub.

Şairin ölüm səbəbini araşdıran hakim Mario Carroza Pablo Neruda-nın xərçəngdən deyil, ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ondan sonra Çili Kommunist Partiyası 2011-ci ilin dekabrında Pablo Neruda-nın eksqumasiyası ilə bağlı məhkəməyə üz tutub.

Pablo Neruda 1904-cü ildə doğulub.

1971-ci ildə Ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülüb. 69 yaşında dünyadan köçüb.
XS
SM
MD
LG