Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

Rəsulzadələr ailəsi daha bir kitaba çevrildi


Bu ailədən Azərbaycanda - Vətəndə uyumaq tək sənə nəsib oldu…
Noyabrın 15-də Bakı Kitab Klubunda M. Ə. Rəsulzadənin sonbeşiyi - Azər Rəsulzadəyə həsr olunmuş “AZƏRbaycan həsrəti” kitabı təqdim olundu.
Sadə təqdimat mərasiminə Rəsulzadəsevənlər toplaşmışdı.
AzadlıqRadiosunun “İz” proqramı da mərasimə qatılmışdı.
Bu gün – noyabrın 17-də saat 23.00-da efirə gedəcək “İz” proqramı həmin kitabdan söz açacaq.
Azər Rəsulzadə Azərbaycan Cümhuriyyətinin süqutu ərəfəsində Bakıda doğulub.
M,Ə.Rəsulzadə Moskva yolçuluğundan öncə onu son dəfə görüb və adını “Azər” qoyub.
Atasız böyüyən Azər 1937-ci ildə ailəsiylə bərabər Karaqandaya sürgün edilib və ölüncəyədək orada yaşayıb...
O, 1992-ci il iyulun 9-da Karaqandada dünyasını dəyişib.
Oğlu Rais Rəsulzadə atasının istəyilə onun nəşini Azərbaycana gətirib və Novxanı qəbiristanlığında ulu babası Axund Hacı Molla Ələkbərin yanında dəfn etdirib.
“Bu ailədən Azərbaycanda--Vətəndə uyumaq tək sənə nəsib oldu” - Azər Rəsulzadənin Novxanı məzarlığındakı başdaşına belə yazılıb...
Bu gün saat 23-də “İz”ə düşək, Azər Rəsulzadəni vəfatının 20-ci ilində xatırlayaq.
XS
SM
MD
LG