Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

«28 May»a adamların yıxılmaması üçün lak çəkilir


«28 May» stansiyası
«28 May» stansiyası
-
Neçə gündür metronun «28 May» stansiyasında sərnişinlər yıxılır. Buna səbəb mərmər döşəmədir.

İndi stansiyadan istifadə edənlər ayaqlarını yerə ehtiyatla qoyurlar ki, yıxılmasınlar.

Bakı Metropolitenin baş mühəndisi Fuad Tağızadə AzadlıqRadiosuna bildirib ki, sözügedən problem bir-iki həftəyə aradan qaldırılacaq:

- Orada qoyulan qranitdir, mərmər deyil. Qranit pardaqlanmışdı. İndi biz tədbir görürük, onun üstünə müəyyən material çəkilir ki, ayaq sürüşməsin. Üstündə gəzdikcə o pardaqlanma itəcək, döşəmə normal vəziyyətə düşəcək. Bir-iki həftəyə hər şey düzələcək.

– Bunu əvvəlcədən etmək olmazdımı ki, sərnişinlər üçün də təhlükə yaranmasın?

- Biz bilmirdik ki, hamı dikdabanla gəzəcək. Elə ayaqqabı var sürüşkəndir, elə ayaqqabı var sürüşmür. Rezin çəkmə ilə sürüşmək olmur. Gön altlıq sürüşkən olur. Üstəlik, sərnişin daşıya-daşıya stansiyanın bərpası gedirdi, axı. Əgər stansiyanı bağlasaydıq, sərnişinlərə böyük narahatçılıq yaranardı.

Sürüşmənin qarşısını almaq üçün noyabrın 22-dən «28 May» stansiyasına məhəccər-tutqac qoyulub.
XS
SM
MD
LG