Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

İsmayıllı hadisəsi ilə bağlı məhkəmədə təqsirləndirilən ona verilən işgəncədən danışdı


Məhkəmə binasının qarşısı
Məhkəmə binasının qarşısı
-
Dekabrın 29-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbsdə olanların məhkəməsi davam edir.

Azadlıqradiosunun müsbiri xəbər verir ki, nahar fasiləsinədək olan prosesdə təqsirləndirilən şəxslərdən Xəyal Şaranov dindirilib.

O, öz ifadəsində deyib ki, saxlandıqdan sonra polis bölməsində ona işgəncə verilib, dişləri sındırılıb. Xəyal Şaranov konkret adlar da çəkib. Bildirib ki, polis əməliyyatçısı Namiq Aslanov və əməliyyat işləri üzrə müavin Şöhrət Kərimov tərəfindən döyülərək izahata qol çəkdirilib.

Daha sonra Xəyal Şaranov azadlığa buraxılması üçün valideynlərindən rüşvət istənildiyini də deyib. Bildirib ki, valideynlərindən 3 minə yaxın pul istənilib. Amma pul olmadığına görə onu həbs ediblər.

Məhkəmədə təqsirləndirilən Mirkazım Abdullayevin həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatət qaldırılıb.

Dekabrın 24-də keçirilən prosesdə Mirkazım Abdullayev vəziyyəti pisləşmişdi. Onun səhhətində böyrəkləri ilə bağlı problemi var.

Hakim vəsatəti rədd edib.

Təqsirləndirilənlər bugünkü prosesə Şəkidə yeni istifadəyə verilən cəzaçəkmə müəssisəsindən gətiriliblər. Artıq onlar həmmin müəssisədə saxlanılırlar.

Azadlıqradiosunun müxbirinin verdiyi məlumata görə, bugünkü prosesdə Şəki polis idarəsinin əməkdaşları məhkəməyə gələnlər, xüsusən də, jurnalistlərlə kobud davranıb, onlara qarşı zorakılıq edib. Jurnalistlərin çəkiliş aparmasına mane olublar.

Nahar fasiləsindən sonra məhkəmə davam etdirilir.
XS
SM
MD
LG