Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Azərbaycanda əngəlli arzular – alman protezi və yeriməyə 4 min manat...


Azərbaycanda əngəlli arzular...
Gözlə

No media source currently available

0:00 0:09:42 0:00

-
Hüseyn Qasımov 7 il öncə aeroport yolunda, məşqə gedərkən yol qəzasına düşüb, onurğasını zədələyib. Onun – boks üzrə keçmiş respublika çempionunun son 7 ili gecəli-gündüzlü əlil arabasında keçib. Hüseyn 2-ci mərtəbədə yaşadığından, həyətə düşüb hava da ala bilmir – qaldığı pansionatda nə pandus var, nə də işləyən lift.
O, qəzaya uğrayandan 3 ay sonra İranda əməliyyat olunub:

BAHA REABİLİTASİYA

«Həkimlər bir az gec dedilər ki, əməliyyat lazımdır. Sonra da dedilər, bizlik deyil. Qardaşım da əməliyyat olunmuşdu deyə, dərhal imkan olmadı. Onurğama platin qoydular, yeddi yerdən bənd vuruldu.
Hüseyn Qasımov
Hüseyn Qasımov
Həkim dedi ki, ayağa qalxmağın mümkündür, ancaq reabilitasiya lazımdır. Azərbaycanda çətindir, özəl klinikalarda mümkündür. Ancaq çox baha olduğu üçün imkanımız yoxdur».


Hüseyn indi həyat yoldaşıyla birgə Mərdəkandakı əlillər evində yaşayır. Vaxtilə Ramanada gənc əlillər evində qalıblar, sonra buraya köçüb təmirdən sonra həmin evin açılışını gözləyiblər. Elə dekabrın 24-də Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Ailə ümidlə həmin mərkəzə köçəcəyini gözləyir.

İndilik, Hüseyni sağlamlığının bərpası, daha doğrusu, bərpa imkanının olmaması qayğılandırır. Axı hər bir neçə aydan bir fizioterapiya kursu keçməlidir:

Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid
«Reabilitasiyam Türkiyədə, Almaniyada mümkündür. Əks halda, gələcəkdə fəsadlarla üzləşə, məsələn, ata olmaqda problem yaşaya bilərəm. Oturaq həyat tərzi keçirdiyimdən cinsi hormonlar zəifləyir. İmkan daxilində müalicələr almışam, bəziləri qalıb».

«ALMANİYADA DÜZƏLDİLMİŞ PROTEZİM OLSUN»

Hüseyn 6 aydır evlidir. Həyat yoldaşı Kəmalə Babazadə ilə 2013-cü ilin əvvəlində Naxçıvanda keçirilən yarışda tanış olub. Hər ikisi paralimpiya çempionudur. Kəmalə xanım da 1-ci qrup əlildir, sağ ayağı bud nahiyəsindən 17 il öncə amputasiya olunub. Azərbaycanda hazırlanan protezi gəzdirə bilmədiyindən qoltuqağacı ən yaxın dostuna çevrilib:

Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
Direct-ə keçid
«Bir ayaq üstə nə bacarıramsa, edirəm. 5-6 aydır ev növbəsindəyəm. Verilsə, heç olmasa, hamam, tualet məsələsi rahat olar. Əslində, özümün də əlil arabasına ehtiyacım var. Ancaq birimiz durumu idarə etməliyik. Hər halda Hüseyn ayağa qalxarsa, bir xanım kimi mənim üçün daha yaxşı olar. Almaniyada düzəldilmiş yaxşı protezim olmasını istərdim ki, ayaqüstə durum və işə gedib-gəlim. Rus dili filologiyasını bitirmişəm. Evdə tələbə hazırlaya bilərəm. Qazancımızı da nəyəsə yönəldə bilərik».
Kəmalə Babazadə
Kəmalə Babazadə

Ailə təxminən 10 kvadratmetrlik otaqda yaşayır. Bura onların həm yataq, həm yemək otağıdır. Hüseyn aldıqları yardımdan, xeyriyyəçi insanların köməyindən də danışır. Əks halda, sosial müavinətlə dolanmaq çox çətin olardı:

ƏLİLİN İÇ DÜNYASI...

«Dərman müalicəsi öz hesabıma olmalıdır, bu da maddi imkanım xaricindədir. Hərəmiz 67 manat sosial yardım alırıq. Camaatın, xeyirxah insanların köməyi ilə dolanırıq. Elə bir korluq çəkmirik. Xaricdə müalicəyə imkanımın olmaması tək çətinliyimdir. Bunun üçün imkanlı, xeyirxah, mömin insanlardan kömək umuram».

Hüseyn, arada-sırada, otaqdakı sintezatoru da dilləndirir. Bədbinliyə qapıldığında, Kəmalə xanım köməyinə çatır, şirin diliylə ona ürək-dirək verir, «yaman günün ömrü az olur» ümidiylə yaşamağa həvəsləndirir:

«Bəlkə də özündən çox mən inanıram ki, ayağa qalxacaq. Valideynləri, qohumlar sağ olsun. Bizə çox dəstək olublar. Ancaq əlillərin iç dünyası başqadır – bu, bizə aid olan bir şeydir. O, mənim, mən də onun dərdini anlayıram. Bir-birimizə dəstək olmalıyıq».

Hazırda dünyada 1 milyard əngəlli insan var ki, bu da ümumi əhalinin sayının 14%-i deməkdir. Azərbaycanda 2013-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, 521 minə yaxın əngəlli insan var. Yəni ümumi əhalinin 5.5%-i qədər.

Rəsmi statistikaya görə, 2013-cü ilin əvvəlinə Azərbaycanda:

Əhalinin sayı

9 milyon 235 min 100 nəfər

Əlilliyi olan insanlar

520 min 793 nəfər (ümumi əhalinin 5.5%)

O cümlədən:

Qadınlar

202 min 450 nəfər (ümumi əlillərin 40%)

Əlilliyi olan uşaqlar

62 min 886 nəfər (ümumi əlillərin 12%)

Əmək pensiyaçıları

338 min 213 nəfər (ümumi əlillərin 65.5%)

Sosial müavinət alanlar

111 min 813 nəfər (ümumi əlillərin 20.6%)

Minimum əməkhaqqı

93.5 manat

Əlilliyi olan uşaqlara verilən müavinət

67 manat

Əlilliyi olan insanların ictimai birlikləri

69

Ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri

7

Mənbə: udpo.az

ƏLİLLƏRƏ SOSİAL BAXIŞ

Azərbaycan 2008-ci ildə BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasına qoşulandan sonra milli qanunvericiliyin həmin sənədə uyğunlaşdırılması üçün öhdəlik götürüb.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov AzadlıqRadiosuna müsahibəsində qanunvericiliyə təklif olunan dəyişikliklərdən danışır. O, əngəlli şəxslərin adaptasiyası üçün xüsusi standartların da hazırlanıb Nazirlər Kabinetinə təqdim olunduğunu deyir:

Gözlə

No media source currently available

0:00 0:05:14 0:00
Direct-ə keçid

«İndiki qanunda əlillərə sosial deyil, tibbi baxış daha çox əks olunub. İşçi qrup yaradılıb, qanun layihəsi işləndi, parlamentə təqdim olunacaq. Yeni qanunda sosial baxış daha çox əks olunacaq. Təhsil haqqında Qanunda inklüziv təhsil maddəsi hələ tam yoxdur. Bu layihənin həmin maddəyə də təsiri olacaq. Məşğulluq məsələsi var, ayrıca iş yerləri yaratmaqdan çox, iş yerlərinin inklüzivliyini təmin etmək lazımdır. Fiziki infrastrukturun quraşdırılması, müyəssərliyin təmin olunması məsələsi də var. Qanunvericiliklə icra arasındakı xeyli fərq də həmçinin. Qanunlar tam icra olunmur. Bu baxımdan heç 5 ilə də bu işlərin tam görüləcəyinə inanmıram.

Foto: Arxiv
Foto: Arxiv
Köhnə və yeni binalar da var. Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üçün standartlar da hazırlamışıq. Məsələn, hər hansı pilləkəndə rəndlər – panduslar, görməyən insanlar üçün zolaqların quraşdırılması, yeraltı keçidlərin uyğun qurulması. Bu ilin aprelində hökumətə təqdim olunub. Ancaq hələlik yubadılır».

İndi 25 min əngəlli şəxsin işlə təmin olunduğu bildirilir. Əlilliyi olan şəxslər arasında sosial müavinət və əmək pensiyası alanlar var. Sosial müavinətin məbləği 67 manatdır.

67 MANATLIQ MÜAVİNƏT, 100 MANATLIQ EHTİYAC MEYARI

Ancaq 2014-cü ildən yaşayış minimumu ölkə üzrə 125 manat, əməkqabiliyyətli əhali üçün 136, pensiyaçılar və uşaqlar üçün isə 103 manat təyin olunub. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 100 manatdır.

«Ayda 67 manat müavinət alan uşaqlıqdan 1-ci qrup əlillər və əmək stajı olmayan ümumi səbəbdən 1-ci qrup əlillər hansı kateqoriyaya aiddirlər, görəsən? Ya bəlkə heç Azərbaycan dövlətinin vətəndaşı hesab edilmirlər?» – Bunu facebook profilində 1-ci qrup əlil Sevda Səfərəliyeva yazır. Sərbəst tərcüməçiliklə məşğul olan Səfərəliyeva əngəlli şəxslərin cəmiyyətə inteqrasiyası yönündə ən birinci problemi ictimai nəqliyyatda görür:

Gözlə

No media source currently available

0:00 0:05:23 0:00
Direct-ə keçid

«Gəzə bilməyən, əlil arabasından istifadə edən şəxsin cəmiyyətə inteqrasiyasından danışmaq gülüncdür. Yeni yaradılmış keçidlərdəki infrastrukturdan danışmaq lap yersizdir. Normal adam da, kömək etmək istəyən şəxsin özü də həmin anda əlilə çevrilə bilər. Fərdi şikayət, yəni konkret mənim kimisə məhkəməyə verməyim mümkün deyil. Qeyri-hökumət təşkilatları şikayətləri çeşidlərə ayırsa yaxşı olar.

Foto: Arxiv
Foto: Arxiv
Beləcə, evə və nəqliyyata aid problemlər qruplaşdırılar. Hətta səhiyyədə xidmətlərin pulsuz olmasını desələr də, hər yerdə bizdən pul alırlar. Ən yaxın poliklinikaya getməyə taksiyə 5 manat verməlisən. Qanunda yazılıb ki, infrastruktur əlillərin ehtiyaclarına uyğunlaşdırılmalıdır. Buna kim cavabdehdir? Nazirlər Kabinetinin bu xüsusda heç bir qərarı, icra mexanizmi yoxdur. Hər şey kağız üzərindədir. Bizə verilən müavinət yaşayış minimumundan da aşağıdır. Bu müavinətin iqtisadi əsaslandırması haradadır? Mənə daimi qulluq göstərən şəxsə də müavinət verilməlidir».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin sosial müdafiəsi siyasəti şöbəsi müdirinin müavini Saday Abdullayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, müvafiq strukturlar nazirliyin təkliflərini nəzərə almadığından infrastruktur uyğunsuzluğu baş verir. Onun sözlərinə görə, bərpa mərkəzlərində əlillər üçün hər cür şərait yaradılır, bundan başqa ildə 80-100 nəfər əngəlli şəxs xaricə müalicəyə göndərilir:

Gözlə

No media source currently available

0:00 0:04:57 0:00
Direct-ə keçid

«Köhnə bərpa mərkəzlərində də təmir işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıqlar verilib. Ancaq məsələn, yeni tikililərdə panduslar qoyulmur, əngəlli şəxslər nəzərə alınmır. Sosial müavinət isə ilbəil artır. Son bir neçə ilin müqayisəsi müavinətin dəfələrlə artdığını göstərir.

Saday Abdullayev
Saday Abdullayev
Ancaq görüləsi iş çoxdur. Məsələn, cənab nazirin belə bir təklifi var ki, niyə əlil üçün ayrıca əlil evi işarəsi altında ev tikməliyik? Olmaz ki, satışda olan evlərdən alınıb onlara verilsin? Bu, əlillərin cəmiyyətlə bütünləşməsinin – inteqrasiyanın ən gözəl forması olardı. Uzun müddət ev, maşın növbəsinə dayananlar var. Cənab prezidentə müraciət hazırlanıb. Gələn ilin ortalarınadək əksəriyyət maşınla da təmin oluna bilər».


27 YAŞLI GƏNCİN TALEYİ 4 MİN MANATDAN ASILIDIR

1-ci qrup əlil Mehman Göyüyevin 27 yaşı var. Daşkəsən rayonunda doğulub, ayağındakı problem onun yeriməsinə imkan vermir. Mehmanın müalicəsi bir neçə min manatdan asılıdır:

Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid
«2-ci sinifdən ayağımda problem yaranıb. Gəzə bilmirəm. Müalicə üçün məndən 4 min manat istəyirlər. İmkanım yoxdur. 66 manat təqaüd alıram. Rayon icra başçısının qəbuluna getmişəm. Heç bir şikayətimizə baxan da yoxdur».

xüsusi reportajlar - 14.1.2014

Canlı müzakirə

Mehman 9 ildir qardaşının ailəsi ilə yataqxanada qalır. Qardaşının arvadı Təranə Göyüyeva deyir ki, hazırda nənəsinin Gəncədəki birotaqlı evinə sığınıblar:

«Yoldaşım da, özüm də işləmirik. İki azyaşlı uşağım da var. Bircə qayınanam kommunal işçidir, 112 manat alır. İcra hakimiyyətindən kömək edən yoxdur. Ev növbəsindədir. Mən də baxdığıma görə təqaüd ayrılmalıdır, onu da vermirlər Deyirlər bizə elə fərman gəlməyib».

Təranə xanım deyir, qayınanası icra başçısının qabağına çıxıb ondan kömək istədiyinə görə iş yerini dəyişib, başqa yerə keçiriblər.

ƏLİLƏ NƏ LAZIMDIR – YARDIM, YA İNFRASTRUKTUR?

Əngəlli şəxslərin özlərini bizdən biri hiss etmələri üçün onlara hansı şərait yaradılmalıdır? Bu sualla üz tutduğumuz Bakı sakinləri daha çox həmin şəxslərə yardımın vacibliyini vurğuladılar. Maraqlıdır ki, əngəlli şəxslərə iş yerlərinin yaradılması, infrastrukturun təkmilləşdirilməsi fikrini səsləndirənlər çox az oldu.

Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
Direct-ə keçid


1-ci qrup əlil Sevda Səfərəliyevanın fikrincə, əngəlli şəxslərin infrastruktur problemi həll olunarsa, gerisi düzələndir:

«Nəqliyyat Nazirliyinə getmişdik. Deyəndə ki, bizim üçün şərait yoxdur, deyirlər «siz metroya necə minə bilərsiniz? Orda sağlam adam da güclə dayanır». Mən dedim «siz bizim xalqı tanımırsınız. Əksinə, bizə hər yerdə yardım edirlər». Əlil üçün iş yerləri yoxdursa, heç yerə çıxa bilmiriksə, cəmiyyət bizi harda görsün? Bu, fərdlərin problemi deyil...».
XS
SM
MD
LG