Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Əli İnsanov: «Görün, bu milləti İlham Əliyev nə günə qoydu» [Video]


Əli İnsanov Ədliyyə nazirini ittiham etdi: "Xalan oğlu İlham Əliyevə güvənirsən?"
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Əli İnsanov: İlham Əliyevin xalası oğlu gəlsin məhkəməyə

-
Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə ikinci proses keçirilib.
Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Əli İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə baxılıb.
Proses başlayan kimi Əli İnsanov söz demək istədiyini bildirib. O hakimdən xahiş edib ki, çıxışları zamanı onun sözünü kəsib, fikrini müxtəlif yerlərə yönəltməsinlər.
Hakim Qədim Babayev də çıxış üçün hər bir şaraitin yaradılacağını bildirib.
Proses zamanı Əli İnsanovun vəkilləri 3 ayrı vəsadətlə çıxış ediblər. Vasadətlərin heç biri təmin edilməyib.
Məhkəmədə çıxış edən Ə.İnsanov deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı qərarı yerinə yetirilməyib.

«MƏMLƏKƏTİ ELƏ GÜNƏ QOYUBLAR Kİ..»

«Ramiz Rzayev (Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri) öz prezidenti İlham Əliyev kimi düşünür. İ.Əliyev mənim xalqıma yad ünsürdür. Mən onlara öz düşüncə tərzləri ilə cavab verirəm. İlham Əliyevin mənimlə mübarizə aparmağa nə savadı, nə ağlı, nə də cəsarəti var. Məmləkəti elə günə qoyublar ki, adam utanır. Biz ölkəni buna görə qurmamışdıq», - Əli İnsanov belə deyib.

Şahmərdan Cəfərov, Ziya Bünyadov, Elmar Hüseynov və Sirus Təbrizli
Şahmərdan Cəfərov, Ziya Bünyadov, Elmar Hüseynov və Sirus Təbrizli
«Bu hakimiyyət Şahmərdan Cəfərovu, Elmar Hüseynovu, Ziya Bünyadovu güllələyib öldürüb. Siruz Təbrizlini də zəhərləyiblər. Həkim kimi Təbrizlini bir neçə dəfə müayinə etmişəm, çox sağlam, idmançı kimi idi, heç bir şikayəti olmamışdı. O, Quba, İsmayıllı hadisələriylə bağlı deyib ki, orda camaat icra başçılarının evini yandırıb, bəs Bakıda olsaydı, haranı yandırardı? Siruzu məhz o cümləyə görə öldürüblər», - İnsanov çıxışına davam edib.

«İLHAM ƏLİYEV MİLLƏTDƏN QİSAS ALIR»

«İlham Əliyev tək mənə yox, bütün millətimə nifrət edir. Millətdən qisas alır. Millət də ona borclu qalmadı - 9 oktyabrda ona səs vermədi. Nə mən, nə də dünya onun legitimliyini tanıyırıq», - Əli İnsanov belə deyib:

«Görün, bu milləti İlham Əliyev nə günə qoydu. Biz beləmi arzulamışdıq? Məhkəmə, siz haqqı bərqərar etmək gücündə deyilsiz, heç olmasa batili ifşa edin. Ey İlham Əliyev, eşit və bil. Xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur».

Hakim: Oturun...

Əli İnsanov: Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm. İmkan verin sözümü deyim.

Hakim Qədim Babayev (Foto: courts.gov.az)
Hakim Qədim Babayev (Foto: courts.gov.az)
​Hakim: Mahiyyət üzrə danışın.

Ə. İnsanov: Mən mahiyyət üzrə danışıram.

Hakim: Oturun aşağı, Əli müəllim

Ə. İnsanov: Doqquzuncu ildir ki, İlham Əliyevin göstərişi ilə bütün işgəncə yerlərindən keçmişəm. Bircə qəbiristanlıq qalıb...».

Əli İnsanovun sözünü kəsə bilməyən hakim fasilə elan edir və məhkəmə zalını tərk edir.

PROSES BİR NEÇƏ DƏQİQƏDƏN SONRA DAVAM EDİR...

Əli İnsanov həbsdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyir:

İlham Əliyev 50 il də prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır...
«Bu məhkəmə nə hökumətin, nə də bizim şikayət əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi işimə baxan müstəntiqin, hakimlərin, hətta türmə rəisinin kim olduğu hamıya bəllidir. O, bir nəfərdir - İlham Əliyev».

«KİŞİ KİMİ MÜBARİZƏ APARAQ»

«İlham Əliyev 50 il də prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır».

«İlham Əliyev bu ölkəyə bəla gəlib. Mənim qolum quruyardı ona «bəli» deyən yerdə. Milləti aldatdılar. İndi top-tüfəng, polis arxasında gizlənib. Cəsarətin varsa, gəl üz-üzə, kişi kimi mübarizə aparaq».

ƏFV YAZMAQ DİLƏYİRLƏR

«Gecə-gündüz məndən əfv yazmaq diləyirlər, yazmıram. İlham Əliyev getsin, öz ətrafındakı tayfasını əfv etsin. Hamısı təpədən dırnağa qədər cinayət içindədir...».

İnsanov - vekil

Əli İnsanovun vəkili məhkəmə haqda
«Vəkillərimin verdiyi üç vəsatətin heç biri təmin olunmadı. Bu gün burada baş verənlər açıq aşkar qərəzin, İlham Əliyev tərəfindən verilmiş sifarişin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. İnqilabı da NİDA Vətəndaş Hərəkatı başlayıb və bu proses başa çatacaq...».

«KİMSƏ HƏQİQƏTİ DEMƏLİDİR»

«Kimsə bu xalqın, millətin önünə çıxıb həqiqəti deməlidir, mən də bu işi görürəm. İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində, görün, ölkə nə günə düşüb. Neft gəlirləri ölkəyə gəlib çıxmır, xaricdə ona-buna paylanır».

Yaranmış fasilə zamanı jurnalistlərin «Həyatınıza təhlükə görürsünüzmü» sualına Əli İnsanov söyləyib ki, onu da aradan götürmək istəyirlər.

Əli İnsanov 2015-ci il parlament seçkiləri öncəsi ölkədə siyasi təzyiqin artacağını, həbslərin çoxalacağını, hətta güllələnmə hadisələrini istisna etməyib.

Prosesdə Əli İnsanovun vəkili Toğrul Babayevin 3 vəsatəti təmin olunmayıb. Əli İnsanov məhkəmənin tərkibinə etiraz edib.

«BURADA OLMAĞIM İŞGƏNCƏDİR»

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı şikayətinə də baxılıb.

Fikrət Məmmədov
Fikrət Məmmədov
Əli İnsanov həbsini «siyasi və sifarişli» adlandırıb və ədliyyə naziri Fikrət Məmmədovun prosesdə iştirakına dair vəsatət qaldırıb:

«Mən bu ittihamda əsas şəxs kimi Ədliyyə naziri Fikrət Məmmədovu göstərmişəm. O nəyə arxayındır ki, nəinki özü gəlib, heç nümayəndəsini də məhkəməyə göndərməyib. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır? O xalası oğlu İlham Əliyevə arxayındır? Nahaq ona arxayındır. Vəsatət qaldırıram, Fikrət Məmmədov məhkəməyə gəlsin, ona çoxlu suallarım var».

Prosesdə iştirak edən Penitensiar Xidmətin təmsilçisi məhkəmədə ədliyyə nazirinin iştirakına ehtiyac görmədiyini söyləyib.

Hakim prosesi yanvarın 31-dək təxirə salıb.

YAP-ın qurucularından biri olan Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Ötən ilin noyabrında Ali Məhkəmə Əli İnsanovun işinə dair Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını ləğv edib. İşə dair Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı dəyişdirilməyib və araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG