Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Kiyevdəki toqquşmalarda polis AzadliqRadiosunun jurnalistinə atəş açıb


Polis AzadlıqRadiosunun videojurnalistini nişan alıb atəş açır (nadir görüntülər)
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

Polis AzadlıqRadiosunun videojurnalistini nişan alıb atəş açır (nadir görüntülər)

-
Son vəziyyət: Gərginlik davam edir. Toqquşmalar səhərə qədər davam edib. Victor Klitschko etirazçılara YT kanalı ilə müraciət edərək onları polisə hücum etməməyə çağırıb. Eyni müraciətdə prezident Yanukovichə xitabən onu da xalqa qarşı güc işlətməkdən çəkindirib. "Ceausescu və Qaddafinin yolunu getmə" - dedi.
Son xəbərlərə əsasən Yanukovch bazar ertəsi müxalifəti yeni "dəyirmi stol" danışıqlarına cağırıb. Kiyevin hökumət binaları ərazisində etirazçılarla polisin artıq saatlarla davam edən toqquşması isə səngimək bilmir.

Qarşıdurmada AzadliqRadiosu Ukrayna xidmətnin 2 əməkdaşı polis tərəfindən saxlanılıb, radiomuzun Qruşevski küçəsində toqquşmaları çəkən videojurnalisti isə gözyaşardıcı qaz tüfənginin birbaşa atəşi ilə yaralanıb. Onun videokamerasının son görüntüsü jurnalisti nişan alan polis əməkdaşının atəşidir.



MÜXALİFƏT PARLAMENTƏ ALTERNATİV YARADIR

Bu gün Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib.

Plana görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq.. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukoviçə inamsızlıq göstərməyi nəzərdə tutur.

Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini "hakimiyyətin qəsbi” adlandırıb.

Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar.

Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər.

Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukoviç hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb.

ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb.


TOQQUŞMALAR DAVAM EDİR...


Просмотреть увеличенную карту

Kiyevdə Nazirlər Kabinetinə və Ali Radaya yaxın olan "Dinamo" stadionunun yaxınlığında bir saata yaxındır ki, toqquşmalar davam edir.

10 minə yaxın nümayişçi xüsusi təyinatlıların müdafiəsini yarmaq istəyir.

Naməlum şəxslər tüstü şaşkaları atırlar. Onların arasında ələrində dəyənək olan dəbilqəli və maskalı insanlar çoxdur.
Ukrayna hadisələri 19Yanvar

Ukrayna hadisələri 19-22 Yanvar

-Kiyevdən canlı yayım


Əgər polisin həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu haqda AzadlıqRadiosunun müxbiri xəbər verir.

UDAR parlament fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə, təxribatlara yol verrməməyə çağırır.

XALQ RADASI YARADILIR...

Bu gün Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib.
Plana görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukovichə inamsızlıq göstərməyi nəzərdə tutur.

Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini "hakimiyyətin qəsbi” adlandırıb.
Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar.
Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər.
Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb.
ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb.

XS
SM
MD
LG