Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Qarabağda öldürülən erməni əsgərə medal verildi və təntənəli dəfn edildi (VİDEO)


Armen Hovanisyanın dəfn mərasimi, 22 yanvar 2014
Armen Hovanisyanın dəfn mərasimi, 22 yanvar 2014
-
Yanvarın 19-dan 20-ə keçən gecə Qarabağda təmas xəttində öldürülən erməni ordusunun kiçik çavuşu Armen Hovanisyan üçün təntətnəli dəfn mərasimi keçirilib. Yanvarın 22-də Yerevanda Yerablur hərbi memorialda fəxri qarovul dəstəsinin müşayiəti ilə keçirilən mərasimdə Ermənistanın hökumət rəhbərləri də iştirak edib.

Qarabağı nəzarətdə saxlayan reaparatçı rejimin özünü prezident elan etmiş rəhbəri Bako Sahakyan əsgərin ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunması barədə öz sərəncamını oxuyub.

Mərasimdə hərbçilər çıxışlarında iddia ediblər ki, Azərbaycan ordusunun xüsusi təyinatlılarının hücumunu dəf edərkən Azərbaycan tərəfdən də 25 əsgər yaralanıb.

Yanvarın 22-də Ermənistanın paytaxtı Yerevanda da mərkəzi küçələrdən birində Armen Hovanisyanın şəkli qoyulub, şamlar yandırılıb. Oradan keçən sakinlər ehtiramla ona baş əyiblər.
Qarabağda öldürülən erməni əsgərə medal verildi və təntənəli dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00


Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə elə həmin gün bildiriblər ki, qoşunların təmas xəttində hər hansı hadisə qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır: "Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir" - deyə Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

Amma Azərbaycan tərəfi onu da qeyd edir ki, yanvarın 20-dən bu yana Ermənistan qüvvələri müxtəlif istiqamətlərdən atəşkəsi daha intensiv şəkildə pozmağa başlayıblar.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında altı rayonunu işğal edib. Azərbaycanla Ermənistan 1994-cü ildə atəş razılaşması imzalasalar da hələlik sülh danışıqları yekun nəticə verməyib.

Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
XS
SM
MD
LG