Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:48

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
03:53 26.1.2014


Ukrayna Evni mühasirəyə alan etirazçılar, binada qərar tutan təhlükəsizli qüvvələrinin oranı tərk etməsini tələb edirlər. 2 saatlı qarşıdurmadan sonra polis "rəhbərliklə məsləhətləşmə üçün" etirazçılardan vaxt idtədi. Etiraz barrikadalarının arxasında yerləşən binadan qəfil hücumun qarşısını almaq üçün Avromaydan fəalları sürüşgən olsun deyə, binanın pilləkənlərini su ilə çiləyiblər.
03:03 26.1.2014
Yüzlərlə etirazçı daxili qoşunların yerləşdirildiyi ehtimal olunan "Ukrayna Evi" binasını mühasirəyə alıb. Binanı müdaifə edən polis su şırnaqları, qaz və səs bombasları ilə onalrın binaya daxil olmasının qarşısını alırlar.

"Ukrayna evi" Grushevski küçəsində və Avropamaydan qurulan barrikadaların içində yerləşdiyindən, etirazçılar ehtiyyat edirlər ki, onlara arxadan hücum ola bilər.

AzadlıqRadiosu Ukrayna xidmətinin videogörüntüləri
Kiyevdə polisin gizləndiyi Ukrayna Evinə hücum
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
00:31 26.1.2014
Müxalifət Yanukovychin təkilflərini rədd edərək prezident seçkiləri tələb edir

AvroMaydanda çıxış edən Viktor Klitschko prezident Yanukovychlə danışıqlar haqda xəbər verdi. Bildirdi ki, prezident onların əsas təkliflərini qəbul etdi: etirazçılara anmistiya, hökumətin istefası, konstitusiyanı 2004-cü il vəziyətində gətitilməsi.
Lakin Klitshcko bunun kifayət olmadığını dedi. Bildirdi ki, əsas tələb növbədənkənar prezident seçkilərinin keçirilməsidir və bu seçkilər bu il olmalıdır. O, Avromaydan hərəkatın dinc etirazlar məcrasında davam etməsinin zəruriliyini vurğuladı.

23Yanvar. Prezidentlə müxalifətin nəticəsiz danışıqlarından sonra Kiyevdə qarşıdurma bərpa olundu
23Yanvar. Prezidentlə müxalifətin nəticəsiz danışıqlarından sonra Kiyevdə qarşıdurma bərpa olundu




Davamı

XS
SM
MD
LG