Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:46

Sinabunq vulkanı ətəyində faciə


Sinabunq ətəyindəki Kəndlərdən birində 15yanvar 2014
Sinabunq ətəyindəki Kəndlərdən birində 15yanvar 2014
Indoneziyada Sinabunq vulkanının puskurməsi insan tələfatı ilə nəticələnib.

Azından 14 nəfərin, o cümlədən vulkan ərazsinə ekskursiyaya gedən 4 məktəblinin həlak olduğu bildirlir. Ölənlər Sinabunq dağının ətəyində, vulkan kraterindən təqribən 3 km. aralı yerləşən kənddə tapılıb.

Vulkan qurbanlarının sayının artacağı ehtimal olunur. Yerli rəsmilər onlarla adamın itkin düşdüyünü deyir. Ərazidə xilasetmə işləri aparan qruplar onların qalıqlarını tapmağa çalışır.

Sinabunq vulkanı sonuncu dəfə 4 ay əvvəl püskürmüşdü. O zaman ətraf kəndlərdən 30 minə yaxın adam köçürüldü. Xəbər verilir ki, vulkan sakitləşəndən sonra, həmin adamlar nəhayət ötən həftə geri dönmüşdülər və cəmi 1 gün sonra vulkan yenidən oyanıb.
XS
SM
MD
LG