Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:50

Ali Məhkəmənin sədri Azərbaycanda inqilabdan danışdı


Foto: Arxiv
Foto: Arxiv
-
BÜDCƏ İLƏ BAĞLI BÖYÜK NARAHATLIQ

«Bizim yol» qəzeti 2014-cü il dövlət büdcəsinin investisiya xərclərindən yazır.

«Büdcənin ən böyük «payçıları»nın Ziya Məmmədov, Əbülfəz Qarayev, Hacıbala Abutalıbov» olduğunu yazan qəzetə görə, «investisiya xərclərində fantastik rəqəmlər var. Hökumət yarım milyarda bir stadion tikir».

«2014-cü ilin büdcəsində əsaslı vəsait qoyuluşunun həcmi Nazirlər Kabinetinin sərəncamında 5 milyard 260 milyon, parlament sənədlərində isə 6 milyard 260 milyon manat göstərilir. Belə aydın olur ki, 1 milyard manatın bölgüsü aparılmayıb. Çox güman ki, həmin pul ehtiyat vəsait kimi göstərilir. Ötən il 7 milyard manatlıq investisiya xərclərinin 501.3 milyon manatı ehtiyat vəsait olaraq ayrılmışdı. Bu il isə 6.2 milyard manatlıq təmir-tikinti xərclərinin 1 milyardının ehtiyat yastığına qoyulması artıq büdcə proqnozlarının yerinə yetirilməsində böyük narahatlıqların olmasını göstərir».

«TV DƏQİQƏBAŞI ONA YALAN SATIR...»

«Ayna» qəzeti Azərbaycan televiziyalarının «pərişan halı»ndan yazır.

Qəzet tamaşaçının televiziyalardan nə üçün narazı qalmasına aydınlıq gətirir:

«Deyilənlərdən belə anlamaq olur ki, problemlərinin və qayğılarının çoxaldığı bir vaxtda tamaşaçı TV-lərin timsalında özünə «dərd ortağı» axtarır. Gözünün qabağında cərəyan edən ağlı-qaralı hadisələrin ekranda göstərilməsini istəyir. Yəni, hər gün seyr etdiyi ekranda yaşadığı həyatın gerçəklərini, həqiqəti görməyi umur. Fəqət bu gözləntinin müqabilində TV dəqiqəbaşı ona yalan satır, hələ üstəlik ucuz şouları ilə də qıcıqlandırır.
Foto: Arxiv
Foto: Arxiv
Belədə tamaşaçı gerçək həyatın qığılcımlarını göstərməyən ekrana adi məişət əşyası və bir də əsəb mənbəyi kimi baxır».

«AZƏRBAYCANDA CİNSİ TARAZLIQ POZULUR»

«Azərbaycanda cinsi tarazlıq pozulur. Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur».

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi Zakir Eminov deyib.

Zakir Eminovun bildirdiyinə görə, II Dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub:

«İndi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda da bu azalma daha sürətlə baş verir».

Alim qeyd edib ki, son 6-7 ildə-təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb:

«Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək».

MƏHKƏMƏ SİSTEMİNDƏ İNQİLABİ ELEKTRON İSLAHAT MƏRHƏLƏSİ BAŞLAYIR

«Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır».

Ramiz Rzayev
Ramiz Rzayev
Bunu AzərTac-a müsahibəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib:

«Yaxın illərdə biz ədalət mühakiməsinin keyfiyyəti və texniki imkanları baxımından tamamilə yeni məhkəmələrin şahidi olacağıq».

Fevralın 13-də prezident İlham Əliyev «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

YAPONİYA AZƏRBAYCANA 110 MİLYON DOLLAR YARDIM EDİB

«Yaponiya Azərbaycanla diplomatik əlaqələr qurandan bəri İnkişaf proqramı çərçivəsində Azərbaycana 110 milyon dollar yadım edib».

Bunu «Yeni Müsavat»a müsahibəsində Yaponiyanın azərbaycandakı səfiri Tsuguo Takahashi deyib.

Səfir bu vaxta qədər Azərbaycanda 179 layihə həyata keçirdiklərini deyib.

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrından qurulub. 2000-ci ilin yanvarından isə bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
XS
SM
MD
LG