Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:49

Ölmüş əsgərlərin valideynləri NİDA-çıları azad etməyə çağırır


-
Atəşkəs dövründə ölmüş əsgərlərin valideynləri «Əsgər ölümlərinə son!» aksiyalarında iştirak edən və sonradan həbs edilən NİDA-çı gənclərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəmə Kollegiyasına müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, onlar gənclərin həbsindən təəssüflənirlər:

«Biz də bu məhkəmə prosesində iştirak edirik və bu gənclər barəsində başlanmış cinayət işinin nə qədər qondarma olması proses zamanı açıq-aşkar görünür. Onları həbs etməklə Azərbaycan gəncliyinin gözünü qırmaq lazım deyil».

Müraciət müəllifləri bildirirlər ki, Azərbaycan bu yaxında Avropa Şurasında sədrlik edəcək və bu hadisə ölkənin beynəlxalq imicinə xələl gətirə bilər.

Müraciətdə 2015-ci ildə Azərbaycanda ilk dəfə keçiriləcək Avropa üzrə Olimpiya oyunları da xatırlanır. Bildirilir ki, bəzi beynəlxalq təşkilatlar məhz Azərbaycanda siyasi məhbuslar olduğunu əsas gətirərək bu tədbirin boykotuna başlayıb.

Valideynlər NİDA-çıların tezliklə azadlığa çıxacağına ümid edirlər.
XS
SM
MD
LG