Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
22:46 18.2.2014
Kiyevə Avromaydan toqquşmaları

Avromaydanın mərkəzi alov içindədir. Təhlükəsizlik qüvvələri hücumu davam etdirir
Avromaydanın mərkəzi alov içindədir. Təhlükəsizlik qüvvələri hücumu davam etdirir
22:07 18.2.2014
Avromaydan cəlb olunan təhlükəsizlik qüvvələrinin pulemyot və Kalaşnikov avtomatları ilə silahlandığı bildirilir

21:42 18.2.2014
Avromaydanda mitinq davam edir. Gecə Maydanın dağıdılacağı gözlənilir. Avromaydanı mühasirəyə alan hökumət əraziyə polis qüvvələri yığır. Səsgücləndiricilərdən etirazçılara aşağıdakı mətndə müraciət səslənir: "Meydanı tərk edin, çünki tezliklə burada antiterror əməliyyatı keçiriləcək". Avromaydan mitinqində çıxış edənlər mitinqin dinc olduğunu vurğulayır və bütün zorakılığa görə məsuliyyəti hakimiyyətin daşıdığını elan edir.

19:52 18.2.2014


Avromaydan keçirilən mitinqdə müxalifət liderləri çıxış etdi. Udar partiyasının lideri keçmiş boksçu Vitaliy Klitschko danışıqların keçiriləcəyini təsdiq etdi, lakin hökumtəin gecə Avromaydana hücum ehtimalını da vurğuladı. Bildirdi ki, etirazlar dinc məcrada keçməli, hakimiyyətə bəhanə verilməməlidir. Ona görə də toplaşandlardan Maydanı tərk etməməyi xahiş etdi.

Davamı

XS
SM
MD
LG