Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
16:36 20.2.2014
Kiyevdə əsl küçə döyüşləri gedir. Ölən və yaralananlar var
Kiyevdə əsl küçə döyüşləri gedir. Ölən və yaralananlar var


AzadlıqRadiosu Ukrayna xidmətininin son xəbərləri

- İvano- Frankovsk vilayət icra şurası Yanikovichin hakimiyyətini qeyri-qanuni elan edib.

- Donetskdə müxalifət partiyası qərargahının şüşələri sındırılıb

- Hakim Regionlar partiyasının 10 üzvü müxalifətin parlamentin iclasını çağırmaq təklifinə qoşulub, xalqın tərəfində olduğunu bəyan ediblər.
17:19 20.2.2014
Kiyev 20 fevral 2014 Etirazçılar əldəqayırma silahdan istifadə edirlər
Kiyev 20 fevral 2014 Etirazçılar əldəqayırma silahdan istifadə edirlər


AzadlıqRadiosu Ukrayna xidmətinin hadisələrin gedişi haqda son xəbərləri

- Ukraynanın Uşaq Ombudsmanı istefa verib.

- Daxili işlər nazirliyi son toqquşmalarda 3 polis əməkdaşının (Ukraynada polisə - milis deyirlər) həlak olduğunu, 50 polisin isə yaralandığı haqda xəbər yayıb.

- Dnepropetrovskdan Kiyevə gedən hərbi-desant qüvvələrinin maşını yoz-qəza hadisəsi törədib, 3 nəfərin öldüyü bildirlir.

- Rovno vilayət şurası ərazidə hakimiyyəti ələ aldığını və mərkəzi hakimiyyətin siyasətinə etiraz olaraq iş yerlərində tətil keçirilməsini elan edib.

- Avropa Şurası Parlamen Assambleyasının prezidenti Ukraynada qan tökülməsinə son qoymağa çağırıb

Davamı

XS
SM
MD
LG