Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
01:01 21.2.2014
UKRAYNA PARLAMENTİ QƏRAR ÇIXARDI.
GÜC STRUKTURLARI OYUNDANKƏNAR VƏZİYYƏTDƏ. UKRAYNDA BÖHRANI DAVAM EDİR.




Ali Radanın 20 fevral sessiyasında kvorum yaradəb qərar qəbul etmək mümkün oldu. İclasda parlamentin 450 deputatından 236 millət vəkili iştirak edirdi. Prezident Yanukovychin tərəfdarlarının boykot etdiyi iclasa müxalifət fraksiyaları üzvləri ilə yanaşı hakim partiyanın bəzi millət vəkilləri də gəlmişdilər.

Elektron səsvermə sistemi bağlı olduğundan millət vəkilləri əllərini qaldırmaqla səs verirdilər. Parlament aşağıdakı qərarları qəbul edib:


1.Ölkədə elan olunmuş “antiterror” əməliyyatı dayandırılsın. Bu qərardan sonra Ukrayna TəhlükəsizliK Xidmətinin bütün əmrləri qüvvədən düşür.

2.Zorakılıq pislənsin.

3. Mitinq iştirakçılarına qarşı odlu silah istifadəsi qadağan edilsin.

4. Bütün hərbi hissələr Kiyevdən çıxarılıb öz kazarmalarına qayıtsın.

5. Kiyevə giriş və çıxış sərbəstləşdirilsin.
08:55 21.2.2014
TƏRƏFLƏR GİROVLARI AZAD EDİRLƏR

AzadlıqRadiosu Ukrayna xidmətinin məlumatına görə danışıqlar nəticəsində etirazçıların həbs etdiyi Daxili qoşunların 67 əsgəri azad olunub. Avromaydanda yaradılmış canlı dəhlizdən keçən əsgərlər avtobuslara minib meydanı tərk edəndə bir qrup etirazçı onların qarşısını kəsib "amnistiyanın" əleyhinə olduqlarını deyiblər. Bildiriblər ki, bu əsgərləri polisin həbs etdiyi etirazçılarla dəyişmək lazımdır. Millət vəkilləri Petro Poroshenko, İgor Shvayka və digərləri onları dilə tutanda aralarında mübahisə yaranıb. Etirazçılar millət vəkillərinə irad tutublar ki, polis güllərləri altında onlardan heç kim görünməyib və hazırda qərar verməyə haqqları yoxdur. Avromaydan fəalları işə qarışıb tərslik edən yoldaşlarını dilə tutublar. Bundan sonra əsgərlər avtobuslarda meydanı tərk edib. Xəbər verilir ki, güc strukturları da ötən gün ərzində həbs etdikləri etirazçıları azad ediblər.

Avromaydanın tvvitterində girovların azad olunmasından bir foto

14:46 21.2.2014
-

UKRAYNADA MÜXALİFƏTLƏ İQTİDAR RAZILAŞDI

Ukrayna prezidentinin mətbuat xidməti bildirir ki, razılaşma Prezident Viktor Yanukovich, müxalifət və AB nazirlərinin ötən gecəki danışıqlarından sonra əldə edilib.

Rusiyalı vasitəçi Vladimir Lukin də məlumatlara görə, danışıqlara qatılıb. Bəyanatda deyilir ki, razılaşma Avropa vaxtıyla saat 10-da imzalanacaq, ancaq detallar açıqlanmır.

Müxalifət və AB nazirləri razılaşmanın əldə olunduğunu dərhal təsdiqləməyib. Polşanın xarici işlər naziri Radoslaw Sikorski bu səhər tvitterində yazıb ki, “bütün gecə aparılan danışıqlardan sonra, danışıqlar başa çatıb”, detallara varmayıb.
14:51 21.2.2014

KİYEVDƏ AZƏRBAYCANLI İTKİN DÜŞÜB

Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur.

R. Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır: “Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib. Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyi bildirilib”.

R. Tağıyev T. Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.

Davamı

XS
SM
MD
LG