Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

20:16 1.3.2014
UKARYANADA VƏ BMT-də TƏCİLİ İCLASLAR

Ukrayna parlamenti təcili iclasa toplaşır. Gündəlikdə 1 məsələ durur: Ukraynaya qarşı faktiki müharibə elan olunması.

Rsuiya mətbuatı xəbər veriri ki, Ukrayndakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəszilik Şurasının qapalı iclası cağırılıb. İclasın Bakı vaxtilə gecəyarısı başlayacağı gözlənilir.
19:56 1.3.2014
Jirinovki artıq Sevastopoldadır
Jirinovki artıq Sevastopoldadır


RUSİYA UKRAYNAYA MÜHARİBƏ ELAN EDİR?

Rusiya parlamenitinin palatası Federasiya Şurası prezidentin Ukraynada ordu tətbiqi haqda mütacuətinə müsbət cavab verdi. Yekdiliklə qəbul olunan qərarda dərhal qüvvəyə minir. Rusiya ordusu isə hələ bu qərardan xeyli əvvəl hərəkətə gələrək bütün Krım yarımadasını nəzarətə alıb.

Ukrayna mediası isə xəbər verir ki, Rusiya ordusunun birləşmərləri ancaq Krımda hərəkətə keçməyiblər. Zaporojye vilayətində də Rus hərbçiləri naməlum istiqamətə hərəkət edir.
19:16 1.3.2014

Xarkovda hökümət binasına hücum

Martın 1-də Xarkovda Rusiyapərəst qüvvələr şəhər rəhbərləiyinin binasına hücum edib. Onlarla Avromaydan tərəfdarları arasında qarşıdurma baş verib. Diqqət! Rus dilində səslənən nalayiq sözlər eşidilir



Xarkovda gedən mitinqdə Ukraynanın suverenliyinin dəstəklənməsi çağırışları ilə yanaşı, özünümüdafiə dəstələrinin yaradılması, martın 8-də yenidən mitinq keçirilməsi tələbi səsləndi. Xarkov şəhərindən canlı yayıma burada bax
19:14 1.3.2014
MOSKVA UKRAYNAYA MÜDAXİLƏ QƏRARINI QƏBUL EDİR

Moskvada Federasiya Şuarısının iclasında Putinin müraciəti müzakirə olunur. Prezidentin nümayəndəsi Grigoriy Karasin onun müraciətinin mətnini oxudu. "Rusiya Konstitusiyasının "Q" bəndinin 102 maddəsini və Rusiyanın beynəlxalq müqavilədə nəzərdə tutulan öhdəliklərini əsas tutaraq Krım vilayətində Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün" Rusiya prezidenti Silahlı Qüvvələrdən Ukraynada istifadə olunmasına razılıq istəyir.

Davamı

XS
SM
MD
LG