Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

15:57 1.3.2014
Bir qrup Rusiyapərəst adam Krım parlamentinin deputatı Petro Poroshenkoya hücum edir. Simferopol 28 fevral
Bir qrup Rusiyapərəst adam Krım parlamentinin deputatı Petro Poroshenkoya hücum edir. Simferopol 28 fevral


AzadliqRadiosu Ukrayna xidmətinin son xəbərləri

-Ukraynanın baş naziri Yatsenyuk Rusiyanı çağırıb ki, bütün qoşunlarını hərbi hissələrə qaytarsın. O bildirib ki, Ukrayna heç bir təxribata getmək fikrində deyil.
- Krımın baş naziri Aksyonov deyir, yarımadakı Rusiya hərbi donanmasına müraciət edib ki, Krımın strateji obyekstlərini mühafizəyə götürsünlər. O, təsdiq edib ki, hava yollarını və digər obyektlərdə peyda olan silahlılar Rusiya hərbçilərdirlər.Ukrayna ədliyyə naziri bəyan edir ki, Aksyonov Krımın baş naziri deyil.
- Rusiya parlamenti Putinə müraciət edərək onu yarımadakı vəziyyəti sabitlərşdirmək üçün əlində olan bütün vasitələrdən isrifadə etməyə çağırıb.
- Krımda daha 2 obyekt yaraqlılar tərəfindən zəbt edilib - Yol polisi idarəsi və Ukrayna Hava hücumundan müdafiə stansiyası.
16:10 1.3.2014
Ukraynanın Donetsk və Xarkov şəhərlərində də Rusiyapərəst qüvvələrin mitinqləri gedir. AzadlıqRadiosu Ukrayna xidmətinin Xarkovdan canlı yayımı
16:24 1.3.2014
Krım tatarları Məclisinin sədri Rufat Chubarov

Krımada küçələrə çıxan butun silahlılar geri qaytarılmalıdır. Krımda vətəndaşların problemləri siyasıtçilər tərəfindən müzakirə olunmalı, Ukrayna-Rusiya münasibətləri ilə zabitlər deyil, diplomatlar məşğul olmalıdır.
16:36 1.3.2014
MARTIN 30-DA KIRMDA REFERENDUM

Krımın baş naziri Aleksey Aksyonov elan edib ki, Krıımın statusu haqda referendum martın sonunda keçiriləcək. Əvvələr elan olunmuşdu ki, belə bir referendum mayın 25-də keçiriləcək. Ukraynanın mərkəzi hakimiyyəti Krımın referendum keçirmək cəhdini qanunsuz adlandırıb, yerli orqanların belə bir səlahiyyətinin olmadığını elan etmişdi.

Davamı

XS
SM
MD
LG