Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Əli Kərimli partiyanın qərargahında baş verən partlayışı təxribat sayır


Əli Kərimli
Əli Kərimli
AXCP lideri Əli Kərimli partiyanın baş qərargahında baş verən partlayışı təxribat hesab edir.O bildirib ki, məqsəd partiyanı ofisdən məhrum etməkdir.

Əli Kərimli qeyd edib ki, son günlər partiya fəallarının həbsləri fonunda baş verən bu hadisə təsadüf deyil.Bundan əlavə, bina sahiblərinin ailə üzvləri bildiriblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş. “ Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın. Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər”, - Ə.Kərimli bunu Facebook səhifəsində yazıb.

O, hakimiyyəti AXCP-yə təzyiqlərə son qoymağa, dünyada baş verənlərdən nəticə çıxarmağa çağırıb.
XS
SM
MD
LG