Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:28

Putin: «Krımdakı hərbçilər rus ordusu deyil» (4-5 mart xronikası)

Martın 1-dən başlayaraq Rusiyanın hərb əzələlərinin nümayış cəhdi Ukraynanın Krım yarımadasında silahlı toqquşma həddinə çatıb. Sayca qat-qat az olan Ukrayna hərbçiləri rusların təslim olmaq hədələrinə ləyaqətlə sinə gərir. Putin "Krımda rus qoşunları yoxdur" deməklə bütün dünyanı təəccübləndirib. Ukraynda və Krımda Martın 4-5- ə baş verənləri canlı bloqda izlə, xəbərlər gün ərzində yeniləndiyindən son hadisələr bloqun yuxarı hissəsindədir. Azadlıqda qal!
18:45 5.3.2014
Ukrayna hadisələri sosial medianın bir tərəfində Rus patriotizmi dalğası, o biri tərəfində isə ironiya yaradıb. Putinin, Rusiya diplomatlarının, Krımdakı rus hərbçilərinrin, ruspərəst siyasətçilərin çıxışları sonunculara çoxlu mövzu verir.

Aleksander Malyuchenko öz FB səhifsəində zarafatla yazır "ABŞ Dövlət departamenti Rusiya Xarici işlər nazirliyinə bildirib ki, 1 təyyarədaşıyan, 17 döyüş gəmisinin və 3 sualtı atom qayığının Qara dənizə daxil olması haqda heç nə bilmir. "Çox güman ki, bu, Avromaydan özünümüdafiə dəstələridir" - deyə Amerika diplomatları bildirib"

Avromaydanda isə uşaq anaları tank və əsgər oyuncaqlarını toplayaraq hədiyyə kimi Vladimir Putinə göndəriblər. Onların əsas mesajl nədir "Krım oyuncaq deyil", yoxsa "Müharibə oyununu bu oyuncaqlarla oyna" və ya "Putin uşaq kimi düşünür"? Bunları ancaq təxmin etmək olur.
00:21 6.3.2014

Davamı

XS
SM
MD
LG