Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:53

Rusiya Ukrayna gərginliyi (13-14 mart xronikası)

Ukraynada Rusiya separatçılarının ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir

Krım Rusiyanın tərkibinə keçmək üzrədir. Faktiki olaraq yarımadanın ilhaqı baş verib. Rusiya, yerli separatçıların köməyi ilə məsələni rəsmiləşdirməyə çalışır. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Eyni zamanda NATO və Rusiya silahlı qüvvələri Ukrayna yaxınlığında təlimlər keçirir. Ukraynanın şərq bölgələrində də Rusiya separatçılar fəallaşaraq rəsmi binalara, Ukraynanın bütovlüyünü tələb edən fəallara hücumlar edir. Donetsk şəhərində baş verən belə toqquşmalarda 1 nəfər həlak olub.

Martın 13-14-də baş verən əsas hadisələrinin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Ehtiyac yaranarsa, növbəti günlərdə də Ukrayna olaylarını canlı bloq vasitəsilə izləyəcəyik. Azadlıqda qal!
21:43 14.3.2014

Krım tatarlarının lideri Mustafa Cəmilov deyir ki, BMT-nin sülhməramlı qoşunları yarımadaya gətirilməlidir. Onun fikrincə, beynəlxalq hərbi qüvvələr adətən haradasa qan töküləndən sonra hərəkətə gəlir. O isə təklif edir ki, Krımda tatarları qırıb tökməmişdən əvvəl BMT işə qarışsın. Cəmilov Qərbin Rusiyaya qarşı sanskiyalara həddən artıq güvəndiyini deyir və sual edir: bəs əgər Rusiya bu sanskiayalardan doğan itkilərə hazırdırsa necə? Ətraflı burada oxu
00:24 15.3.2014
Xarkovun mərkəzi hasarlanır
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Rus qoşunlarının köməyi ilə Krımda hakimyyəti ələ keçiriən separatçılar həftəsonu referendum keçirirlər. Lakin Rusiyapərəst qüvvələrin iştahı ancaq Krımıa məhdudlaşmır. Ukraynanın şərqində də belə qüvvələrin fəallığı Donetsk, Xarkov və Luqansk vilayətlərində siyasi sabitliyi təhlükəyə qoyur. Krımdan fərqli olaraq burada Rusiyanın hərbi bazaları yoxdur, lakin Rusiya rəsmiləri bu bölgələrdə vəziyyətin Kiyevin nəzarətindən çıxdığını, burada da rusların müdafəsi hüququnu özlərində saxladıqlarını deyirlər. Rəsmi Kiyev bu iddiaları rədd edir, bir sıra aqressiv separatçıların həbsi qeydə alınıb, Ukrayna polisinin Donetskdəki fəaliyyətsizliyi araşdırılır.
XS
SM
MD
LG