Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Rusiya Krımın anneksiyasını rəsmiləşdirir

Krım respublikası Rusiya Federasiyasının tərkibinə qəbul olundu. Sevastopol şəhəri də ayrıca statusla RF-nın tərkib hissəsi elan olundu. Təntənəli mərasimdə Putin Qərbə Kosovo mütəqilliyini xatırlatdı...

- Martın 16-da Krımda keçirilən referendumda yarımada sakinləri «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olması" lehinə səs verdilər. Separatçı rejim Moskvaya, Krımı Rusiya Federasiyasının tərkibinə qəbul etməsi haqda müraciət etdi

- Matın 18-də Rusiya parlamenti bu müraciətə müsbət cavab verdi. Referendumu tanımayan və Rusiyaya qarşı sanksiya elan edən ABŞ, Avropa Birliyinə istehza ilə cavab verdi.

- Ukraynanın mərkəzi hakimiyyəti faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçlarl beynəlxalq məhkəmə ilə hədələdi.

- Martın 18-də Rusiya prezidenti Vladimir Putin Dumadakı çıxışında Krımın Rusiyaya daxil olunmasını rlan etdi.

Krımda və onun ətrafında baş verən əsas hadisələrin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
19:34 16.3.2014
Krımda rus əsgərlərinə etiraz edən yaşlı qadın:

19:34 16.3.2014
AzadlıqRadiosunun müxbiri Abbas Atilay Xarkovdan xəbər verir ki, günorta baş verən toqquşmalardan sonra indi şəhərdə sakitlikdir. Mitinqçilər dağılışıb.
Ancaq Rusiyapərəst aksiyaçıların axşam yenə mitinq keçirəcəkləri haqda xəbərlər dolaşır.
21:13 16.3.2014
"Onların (separatçıların) ayaqları altında torpaq yanacaq"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
"Onların (separatçıların) ayaqları altında torpaq yanacaq"

Bunu Ukrayna nazirlər kabinetinin iclasında Ukrayna müvəqqti hakimiyyətinin baş naziri Arseniy Yatsenyuk bəyan edib. Əmin edib ki, gec ya tez Rusiya ordusunun himayəsi ilə Ukraynanı parçalamaq istəyən şəxslər Ukraynanın və beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlar. Reuters agentliyinin görüntüləri

Davamı

XS
SM
MD
LG