Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:26

John Kerry: «Kosovo Krım üçün nümunə ola bilməz»


ABŞ dövlət katibi John Kerry Washington-da mətbuat konfransında, 18 mart, 2014.
ABŞ dövlət katibi John Kerry Washington-da mətbuat konfransında, 18 mart, 2014.
-
ABŞ dövlət katibi John Kerry bildirib ki, bir neçə il əvvəl Serbiyadan ayrılan və özünü müstəqil dövlət elan edən Kosovo Ukraynanın Rusiya tərəfindən anneksiya edilmiş Krım bölgəsi üçün presedent ola bilməz:

«Kosovo məsələsində BMT qətnamə qəbul etmişdi, o məsələ milli azlığın hüquqlarının qorunması prinsipi əsasında, beynəlxalq qanunlara istinadla həll edilmişdi. Krımda heç kimin belə bir müdafiəyə ehtiyacı yox idi. Özü də elə bir vaxtda ki Rusiya qoşunları oraya daxil olmuşdu. Yəqin ki, köməyə ehtiyacı olanlar – yalnız, təslim olmaları üçün silahla qorxudulan Ukrayna əsgərləri idi».

J.Kerry yada salıb ki, vaxtilə-1968-ci ildə SSRİ də Çexoslovakiyaya insanları müdafiə etmək adıyla qoşun yeritmişdi. O, Sovet qoşunlarının yerləşdiyi Polşada insanların necə «müdafiə olunduğunu» gedib polyaklardan soruşmağı məsləhət görüb.

ABŞ dövlət katibi deyib ki, indi Rusiyada iqtisadi sahədə ciddi problemlər var. Belə məyusluq milli qürur kimi məsələlərlə neytrallaşdırılır. Halbuki normalda həmin məyusluq, qəzəb tamam başqa səmtə yönələ bilər:

«Əlbəttə, prezident Putinin reytinqi kəskin yüksəlib. 70 faizə-filana qalxıb. Hamı əzələ nümayişindən, bu «nailiyyətdən» məmnundur. Amma məncə, sonda bunun bədəli böyük olacaq».putin

J.Kerry bildirib ki, Rusiya prezidenti Krımla bağlı tarixi özünə sərf edən şəkildə təqdim edir. Amma əslində bu, reallıq hissinin itirilməsidir.
XS
SM
MD
LG