Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

Dünyaca məşhur yazıçılar Erdogan hökumətindan tələb edirlər...


Orhan Pamuk
Orhan Pamuk
-

Dünyaca məşhur yazarlar Türkiyə hökumətinin "Twitter" sosial şəbəkəsini yasaqlamaq qərarını pisləyiblər.

"Pen İnternational" təşkilatının sosial şəbəkəyə girişi dərhal açmaqla bağlı Türkiyə hökumətinə etdiyi müraciəti Orxan Pamuk, Günter Grass, Salman Rushdie, Elfriede Jelinek, Zadie Smith, Margaret Atwood, Karl Ove Knausgaard və başqa ünlü yazarlar imzalayıblar.

Onlar hesab edirlər ki, qadağa "ifadə azadlığının qəbuledilməz şəkildə pozulmasıdır".

"Twitter"dən sonra Türkiyə hökuməti "Youtube" videopaylaşma şəbəkəsinə də girişi bağlayıb.

Pamuk "Guardian"qəzetinə deyib ki, Türkiyədə söz azadlığı ilə bağlı vəziyyət "pisdən bərbada, hətta dəhşətliyə doğruya gedir".

Məktuba imza atanlar qeyd edirlər ki, Türkiyə mətbuat azadlığının vəziyyətinə görə dünyanın 180 ölkəsi arasında 154-cüdür (World Press Freedom Index), tərcüməçi, redaktor, naşir, şair və yazıçılar cinayət təqibi və həbs hökmləri ilə üzləşməkdə davam edirlər.

Türkiyənin baş naziri deyib ki, ölkəni "Twitter" və "Youtube"un ümidinə buraxa bilməz.

"Youtube"a giriş Xarici İşlər Nazirliyindəki məxfi görüşün audioyazısının oraya yerləşdirilməsindən sonra bağlanıb.
XS
SM
MD
LG