Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:41

Hüquq müdafiəçiləri Həsən Hüseynli ilə bağlı prezidentə müraciət etdi


Həsən Hüseynli
Həsən Hüseynli
-
Aprelin 2-də hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov prezident İlham Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Müraciət Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin direktoru, fizik Həsən Hüseynlinin həbsi haqqındadır.

Müraciətdə deyilir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Həsən Hüseynlinin Gəncə şəhər sakini Arzu Qəhrəmanovla aralarında yaranmış münaqişə zəminində dava etdiyini və bu zaman üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova qol nahiyəsindən xəsarət yetirdiyi üçün saxlandığını bildirilib: “Halbuki martın 31-də Gəncə Şəhər Mərkəzi Poçtunun yaxınlığında bir oğlan Həsən Hüseynlini onun ayağını tapdalamaqda ittiham edib və dərhal nalayiq sözlər işlədib. Həmin şəxsə bir nəfər qadın da qoşulub, Həsən Hüseynlini təhqir etməyə başlayıblar”.

Hüquq müdafiəçiləri deyir ki, onlar Həsən Hüseynlini uzun illərdir tanıyır. “Onun Azərbaycan vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsində, yüzlərlə gəncin təhsil alması və ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsində xidmətlərini yüksək dəyərləndiririk. Onun insan kimi mülayim xarakterini və heç kimlə şəxsi ədavəti olmadığına əmin olaraq deyə bilərik ki, bu cür cinayət əməli törədilməsi barədə ona qarşı atılan böhtanın heç bir əsası yoxdur və onun kiminləsə mübahisə edərək ona xəsarət yetirməsi inandırıcı deyil”.

Hüquq müdafiəçiləri prezidentdən Həsən Hüseynlinin azad olunmasını, ona böhtan atan şəxsin cəzalandırılması üçün ciddi ölçünün götürülməsini xahiş edir.
XS
SM
MD
LG