Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:42

Həsən Hüseynli: «Gözləyirdim ki, 2-3 aylıq həbs verəcəklər»


QHT rəhbəri Həsən Hüseynli sərbəst buraxıldı
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

QHT rəhbəri Həsən Hüseynli sərbəst buraxıldı

-
Gəncədə saxlanmış QHT rəhbəri Həsən Hüseynli azad edilib.

Vəkili Əlayıf Həsənov AzadlıqRadiosuna deyib ki, Həsən Hüseynli polis nəzarətində olmaqla azad olunub. Belə bir qərar aprelin 2-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində çıxarılıb.

Martın 31-də tutulan Həsən Hüseynli Gəncənin Kəpəz rayon Polis Şöbəsinin təcridxanasında saxlanırdı.

O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi cinayət işi açılıb.

Təqsiri sübuta yetirilərsə, Həsən Hüseynlini üç ildən yeddi ilədək həbs cəzası gözləyir.

Həsən Hüseynli özünə qarşı irəli sürülən ittihamı qurama oyun sayır.

«GÖZLƏYİRDİM Kİ, 2-3 AYLIQ HƏBS VERƏCƏKLƏR»

Həsən Hüseynli polis bölməsindən buraxılandan son AzadlıqRadiosuna müsahibə verib:

- Həsən bəy, bu gün buraxılacağınızı gözləyirdinizmi?

- Son ana qədər buna inanmırdım. 48 saatlıq saxlama müddəti bitirdi, barəmdə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəmə qərar verməli idi. Hətta məni məhkəmənin qarşısına qədər gətirdilər, amma nə fikirləşdilərsə, geri-polis bölməsinə qaytardılar. Fikirləşirdim ki, bu şər-böhtanla, olmayan bir məsələ ilə məni saxlayıblarsa, bunu davam etdirəcəklər. Gözləyirdim ki, 2-3 aylıq həbs verəcəklər. Çünki indiyə qədər belə halları çox görmüşük. Belə bir fikirdə ikən müstəntiq məni az qala təbrik elədi ki, məhkəmə olmayacaq və bu gün sizi polis məntəqəsindən evə buraxacağıq. Bu da o deməkdir ki, istintaq hələ davam edəcək.
- Siz saxlanandan sonra Daxili İşlər Nazirliyi məlumat yaydı. Həmin məlumatda qeyd olunurdu ki, siz Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirdiyiniz üçün tutulmusunuz. O adamla üzləşmə oldumu?

- O adamı əvvəldən tanımamışam. Üzləşmədə o içəri girdi, əlini uzatdı ki, məni vuran, bax, bu adam idi. Daha sonra iki qadın da var idi. Onlar da eyni hərəkətləri etdilər. O qadınları da birinci dəfə idi görürdüm. Mən saxlanmazdan əvvəl danışmışam. Martın 31-də poçtdan çıxanda həmin şəxs birdən-birə üstümə gəldi ki, sən mənim ayağımı tapdalamısan. Bunun təxribat olduğunu anlayıb bir təhər uzaqlaşdım. Heç ağlıma gəlməzdi ki, bundan sonra məni saxlasınlar.
- Polisdə keçirilən üzləşmədə onun qolundakı xəsarəti gördünüzmü?

- Mən onun qolunu görə bilmədim, əynində gödəkcə var idi, əlini yuxarı tutmuşdu, deyirdi guya qolu ağrıyır. Barmağında bir kəsilmiş yara var idi. Deyirdi ki, guya bıçağı mənim əlimdən alanda kəsilib. Qolunda yara olduğu deyilsə də, o, görünmürdü. Müstəntiq dedi ki, ekspertiza olub və onun qolunda elə bir yara var.

- Ortalıqda bıçaq da var idimi?

- Mənə vəkillər o bıçağın fotosunu göstərdilər, dedim ki, ömrümdə bıçaq gəzdirməmişəm. Həm də müstəntiqə dedim ki, əvvəlcə bıçağı ekspertizaya göndərəydiniz, dedilər hələ göndərməmişik, sonra göndərəcəyik.
- Sizə aydındırmı həbsiniz nə ilə bağlıdır?

- Bunun şər-böhtan olması açıq aydın ortadadır, amma bunun nəyə görə edilməsi mənə məlum deyil. Bir az araşdırmam lazımdır.
- Növbəti addımlarınız nə olacaq?

- Vəkillərim mənə aydınlaşdırdılar ki, polis nəzarətində olmaq da ciddi məsələdir, gərək bütün qaydalara əməl edim. Nizami polisindən dedilər ki, 24 saat ərzində mənə şərtləri təqdim edəcəklər və xahiş elədilər ki, o şərtlərə əməl edim. Mən də dedim hamısına əməl edəcəyəm. İnternetdən məcəllədəki o bəndi çıxarıb qoyacağam gözümün qabağına. Bütün hərəkətlərim barədə polisə vaxtlı-vaxtında məlumat verməliyəm. Polisə müraciət edib Gəncədən çıxa bilərəm, amma Azərbaycandan yox. İşlərimə davam edəcəyəm. Müstəntiq istintaq hərəkətləri ilə bağlı nə vaxt çağırsa, gedəcəyəm.
- Saxlanma şəraiti necə idi?

- Ona söz ola bilməzdi. Təzə tikilib, bütün şəraitlər var idi. Mənə qarşı davranışlar da mədəni idi. Bəlkə yerli adamlar olduğundan məni tanıyırdılar deyə, bu, belə idi.
XS
SM
MD
LG