Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

Barak Obama: “Cenevrə danışığı Ukrayna böhranı ilə bağlı zəif də olsa ümidlər yaradıb”


Barack Obama
Barack Obama
-
“Cenevrədə Ukrayna ilə bağlı dördtərəfli danışırlaq böhranın aradan qaldırılacağına zəif də olsa ümidlər yaradıb”. Bunu ABŞ prezidenti Barack Obama deyib.

Prezident Obama onu da qeyd edib ki, hər şey Rusiyanın atacağı addımdan asılıdır və bu ölkənin öncəki davranışını nəzərə alanda nikbinliyə az yer qalır.

Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyinin Ukrayna böhranı ilə bağlı danışığı aprelin 17-də Cenevrədə baş tutub. Razılaşmadan sonra tərəflər qanunsuz birləşmələri silahları təhvil verməyə, dövlət binalarını boşaltmağa və zorrakılığa son qoymağa çağırıblar.

Ukrayna isə binaları qanunsuz zəbt etmiş etirazçılara amnistiya söz verib. Tərəflər razılaşıblar ki, ATƏT gərginliyin azaldılmasına nəzarət etmək üçün Ukraynaya öz misiyasını göndərəcək.

Prezident Obama deyib ki, ABŞ şərqi və cənubi Ukraynaya “rusların yeni müdaxilə cəhdlərini” neytrallaşdırmağa da hazır olmalıdır.
XS
SM
MD
LG