Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Rauf Mirqədirov 2008-ci ildən Ermənistana casusluqda ittiham olunur


Rauf Mirqədirov
Rauf Mirqədirov
-

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şübhəli şəxs kimi saxlanılır. Haidsə ilə bağlı xəbərlər daim yeniləndiyindən sonuncu məlumatlar mətnin əvvəlindədir.

Rauf Mirqədirov niyə həbs olunub?

Canlı müzakirə
Rauf Mirqədirov niyə həbs olunub?



JURNALİST CASUSLUQ İTTİHAMLARINI RƏDD EDİR

Aprelin 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında Rauf Mirqədirovla görüşən vəkili Fuad Ağayev bildirir ki, jurnalist ona qarşı casusluq ittihamlarını rədd edir. Vəkil AzadlıqRadiosuna bildirir ki, jurnalistə qarşı irəli sürülən ittiham beynəlxalq tədbirlərdə iştirak edən digər şəxslərin qarşısını almaq məqsədi daşıyır:

“İttihamda bildirilir ki, Rauf Mirqədirov guya 2008-ci ildə Ermənistan xüsusi orqanları tərəfindən ələ alınaraq dövlət sirri olan məlumatları onlara ötürüb. Bu, absurddur. Rauf bu ittihamları qəti şəkildə rədd edir.

O, bildirir ki, bəzi beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Amma bu o demək deyil ki, həmin tədbirə qatılanlar Ermənistana işləyir.

Hakimiyyət bu yolla Azərbaycanda müstəqil düşünən insanların bundan sonra beynəlxalq tədbirlərdə iştirak etmələrinin qarşısı ala bilər. Bu da QHT-lərə ciddi zərbə ola bilər.

İstintaqda adı çəkilən erməni Baqdasaryanla Leyla Yunusun 2011-ci ildən bəri birgə layihəsi var. Sabah Leyla Yunusun da adını bu məsələdə hallandıra bilərlər”.


TÜRKİYƏ RƏSMİLƏRİ JURNALİSTİN QEYDİYYATININ LƏĞVİ BARƏDƏ MƏLUMATLARI OLMADIĞINI DEYİRLƏR

Türkiyə Baş Nazirliyinə tabe olan Mətbuat, Yayın və İnformasiya Baş Müdirliyinin xarici media ilə əlaqələr şöbəsindən dedilər ki, Rauf Mirqədirovun qeydiyyat kartının ləğvi ilə bağlı onlarda hər hansı məlumat yoxdur.

18:50 - RAUF MİRQƏDİROV: BU, BÖHTANDIR

Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, heç bir cinayət əməli törətmədiyini, ittihamın böhtan olduğunu bildirib.

Bu haqda aprelin 21-də keçirdiyi brifinqdə Rauf Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

18:15 - BAŞ PROKURORLUĞUN AÇIQLAMASI

Rauf Mirqədirova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Rauf Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

“Onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”.

Məlumatda deyilir ki, Rauf Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

16:37 "ERMINİSTANDA KİMLƏRLƏSƏ GÖRÜŞÜB"

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, aprelin 22-də MTN təcridxanasında Rauf Mirqədirovla görüşəcək.

“Mən zəng edib MTN-lə əlaqə saxladım. Mənə bildirdilər ki, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. Ermənistanla əlaqədardır, orada gedib kimlərləsə görüşüb. Mənə belə dedilər”.
Gözlə
Embed

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid


14:03 ... TÜRKİYƏ TƏRƏFİNİN İSTƏYİ

«Jurnalist Rauf Mirqədirovun deportasiya olunması Türkiyə tərəfinin istəyidir».

Bu haqda AzadlıqRadiosuna Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətini rəhbəri Elsevər Salmanov məlumat verib.

Elsevər Salmanov deyib ki, «səbəbi Azərbaycan tərəfdən qaynaqlanan bir şey olsaydı, biz bilərdik, bu haqda məlumat verərdik. Bu, Türkiyə tərəfinin istəyidir. Türkiyə ilə əlaqəsi kəsildiyinə görə, səfirlik dolğun məlumat verə bilməz».

Rauf Mirqədirovun nə üstə saxlanıldığı, ona qarşı irəli sürülən ittiham da mənim üçün müəmmalıdır. Ayna-Zerkalo qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, Rauf Mirqədirovun həbsinin səbəbləri də başa düşülən deyil:

“Çünki bu adam ancaq yazı yazırdı. Yazılarına görədirsə, Rauf qədər Ermənistandakı vəziyyəti təhlil edən və Qarabağ danışıqları haqqında xəbərdar olan analitik-yazar yoxdur. Hər gün yazırdı, hər dəfə də bu danışıqların nə üçün nəticə vermədiyinin əsaslarını gətirirdi. Hər dəfə də Azərbaycanın mövqeyin müdafiə edirdi. Amma söhbət ondan gedir ki, guya ona qarşı irəli sürülən ittihamın yazılarına aidiyyatı yoxdur. Dövlətə xəyanəti o adam eləyə bilər ki, o dövlət sirrinin daşıyıcısı olsun. Rauf nə dövlət işçisidir, nə də ki, hansısa bir sirrin daşıyıcısı. Ona görə mənə heç nə çatmır”.
Gözlə
Embed

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şübhəli şəxs kimi saxlanılır.
XS
SM
MD
LG