Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

Gestaponun qəddar tibbi eksperimentlərinin qurbanları


Polşa - Auschwitz-Birkenau düşərgəsində öldürülmüş əsirlərin eynəklərinin sağanaqları
Polşa - Auschwitz-Birkenau düşərgəsində öldürülmüş əsirlərin eynəklərinin sağanaqları

-

"Aşağı təzyiq kamerasına salınanların ağciyəri partlayır, onlar ağıllarını itirir, əzablarını azaltmaq üçün öz saçlarını yolurdular.

Onlar dırnaqları ilə üzlərini, başlarını cırır, dəlilik tutmaları zamanı özlərini eybəcər hala salırdılar.

Yumruqları ilə divarı döyür, başlarını divara vurur, qulaq pərdələrindəki təzyiqi azaltmaq üçün ulayırdılar."



GESTAPONUN İNSANLAR ÜZƏRİNDƏ QƏDDAR EKSPERİMENTLƏRİ



Yüksək kvalifikasiyalı mütəxəssislər də daxil olmaqla, tibb işçilərinin nasist ideologiyasının təsiri altına düşüb, həkim etikasına zidd olan eksperimentlərə razılaşmaqlarının səbəbini anlamaq üçün nasistlərin tibbi çevrələrə necə yol tapdıqlarını, orada hansı dağıdıcı fəaliyyətlə məşğul olduqlarını yada salmaq lazımdır.

Alimlərin, tibb işçilərinin, professorların demək olar ki, hamısı liberal və reaksioner, yəhudi və frankmason olduqları üçün nasistlər onların sırasında təmizləmə işlərinə başladılar ki, bu əməliyyat da tərkibin 40 faizdən çoxuna təsir etdi.

Bundan başqa, Himlerin elmi, daha doğrusu, psevdoelmi təcrübələrə (xüsusilə də irqi tədqiqat sahəsində ) ehtirası 1933-cü ildə onu «Anenerbe» («Babaların irsi») cəmiyyətini yaratmağa vadar elədi. 1935-ci ildən cəmiyyət «nord indoqerman» irqi ilə bağlı fikirlər, hərəkətlər, ənənə və fərqli cəhətləri və bu irq ilə bağlı olan hər şeyi öyrənməyə başladı. 1939-cu il yanvarın 1-dən etibarən cəmiyyət yeni status aldı.

Polşa - Auschwitz (Osvensim) düşərgəsində tibbi eksperimentlərin keçirildiyi bina
Polşa - Auschwitz (Osvensim) düşərgəsində tibbi eksperimentlərin keçirildiyi bina



Bu status cəmiyyətin üzərinə yeni məsuliyyət qoydu – konslagerlərdəki təcrübələrlə nəticələnən elmi axtarışlar. 1942-ci il yanvarın 1-dən etibarən cəmiyyət Himlerin şəxsi kurasiyasına daxil edildi və SS-in orqanı oldu. İdarə komitəsi başda prezident Himler olmaqla, Münhen universitetinin rektoru, doktor Vueştan və cəmiyyətin katibi, keçmiş kitab taciri, sonra isə SS polkovniki olmuş, sonuncuda çox önəmli rolu olan Ziversdən ibarət idi.

Auschwitz (Osvensim) düşərgəsində SS-çi baş həkim Eduard Wirths. 1942-1945-ci illər. Müharibənin sonunda Britaniya qüvvələrinə əsir düşüb. Özünü asıb.
Auschwitz (Osvensim) düşərgəsində SS-çi baş həkim Eduard Wirths. 1942-1945-ci illər. Müharibənin sonunda Britaniya qüvvələrinə əsir düşüb. Özünü asıb.



Eksperimenetlərin çoxunu məhz Himlerin təlimatları ilə idarə olunan «Babaların irsi» planlaşdırır, maliyyələşədirir və həyata keçirirdi. Cəmiyyət ağlasığmaz dərəcədə böyüyürdü. Öz fəaliyyətinin sonuna yaxın artıq 50 ixtisaslaşdırılmış elmi instituta sahib idi.

Bu sahədə sonradan vacib fiqura çevriləcək daha bir şəx - doktor Ziqmund Raşer idi. O, hərbi-hava qüvvələrinin tibb xidmətinin istefadakı kapitanı idi. Özündən on beş yaş böyük Nini Dilsnən evlənəndən sonra, o, arvadının vasitəçiliyi ilə Himlerlə tanış oldu. 1941-ci ilin əvvəllərində o, SS-in tabeliyində olan hərbi hava birləşməsində araşdırma aparırdı. Onun mühazirələri daha çox, normadan artıq hündürlükdə uçuş zamanı insan orqanizminin reaksiyalarına, psixoloji və fizioloji dəyişikliklərə həsr olunurdu. 1941-ci il may ayının 15-də Raşer Himlerə yazırdı:

«Mən təəssüflə deməliyəm ki, könüllülər olmadığına görə, biz insan materialı üzərində təcrübə apara

Auschwitz (Osvensim) düşərgəsində qaz kameraları
Auschwitz (Osvensim) düşərgəsində qaz kameraları

bilmirik. Bununla bağlı, mən olduqca ciddi hesab etdiyim belə bir məsələ qaldırıram: sizin icazənizlə iki və ya üç peşəkar qatili öz tabeliyimizə ala bilərikmi?.. Bu tədqiqatlar, təbii ki, təcrübəyə məruz qalacaq insanların ölümünü tələb edəcək və mənim iştirakımla keçiriləcək. Amma belə təcrübələr bizə olduqca lazımlıdır, biz həddən artıq hündürdən uşuşlardakı reaksiyaları yoxlamalıyıq və bunu indiyə qədər olduğu kimi, meymunlar üzərində edə bilmərik, onların reaksiyaları insanlarınkından xeyli fərqlənir».

Bu xahiş göründüyündən daha az təccüblü idi. Müharibənin əvvəlində sağalmaz xəstələrin, ağlını itirmiş şəxslərin və müəyyən xəstəliklərə tutulan adamların evtanaziyası halları doğrudan da vardı. insanların belə məhvi hallarını «elmi təcrübə» adıyla gizlədirdilər.

Bu eksperimentlərə gəlincə, ilk dəfə belə tətqiqatlarda alman məhbuslar istifadə olunurdu. 1938-ci ilin oktyabr-noyabr aylarında doktor Zameştranq Zaksenhauzen düşərgəsinin məhbuslarını tətqiqatlarda su ilə dondurulma təcrübəsində istifadə etməyə icazə verdi, sonra bu təcrübələr Daxauda davam etdirildi.

Raşerin təşəbbüsü həvəslə qarşılandı, çünki bu fikir Himlerin «elmi» marağına tam uyğun gəlirdi və 1941-ci il may ayının 22-də Himlerin katibi Karl Brandt Raşerə cavab verdi: «Şəksiz ki, biz hündür uçuşlar sahəsində aparacağınız tədqiqatlar üçün məhbusları həvəslə sizin ixtiyarınıza təqdim edəcəyik».

Daxauda, bu dəhşətli təcrübə məntəqəsində aşağı təzyiq kameraları quraşdırıldı. Nəticələr qorxunc idi.

Daxau hərbi əsirlərindən biri, Raşerin köməkçisi olmuş doktor Anton Paşoleqq bu təcrübələr barədə belə danışır: «Mən kamerada quraşdırılmış müşahidə pəncərəsindən baxırdım: orda məhbuslardan birinin elə aşağı təzyiq altında saxlayırdılar ki, onun ağ ciyərlərinin necə partladığını gördüm. Bəzi təcrübələr insanların beynində elə təzyiqə səbəb olurdu ki, onlar ağıllarını itirir, əzablarını azaltmaq üçün saçlarını yolurdular. Onlar dırnaqları ilə üzlərini, başlarını cırır, dəlilik tutmaları zamanı özlərini eybəcər hala salırdılar. Yumruqları ilə divarı döyür, başlarını divara vurur, qulaq pərdələrindəki təzyiqi azaltmaq üçün ulayırdılar.

Təzyiq sıfıra salınanda, təcrübələr məhbusların ölümü ilə bitirdi. Nəticə qaçılmaz idi və kamerada olmaq təcrübə altında olmaqdan daha çox işgəncə altında olmağa bərabər idi».

Bu dəhşətli tətqiqatlar 1942-ci ilin mayına qədər davam elədi. Təcrübədə 200-ə yaxın məhbus istifadə olunmuşdu, onlardan 80 nəfəri aşağı təzyiq kamerasında ölmüş, qalanları ciddi zədələr almışdılar. Bundan sonra Raşer soyuğun təsiri ilə bağlı yeni

Nasist həkim, Ravensbryuk düşərgəsindəki tibbi eksperimentləri aparanlardan biri Herta Oberheuser Nürnberq məhkəməsi qarşısında. Ona 20 illik həbs cəzası verilir, 20 avqust 1947
Nasist həkim, Ravensbryuk düşərgəsindəki tibbi eksperimentləri aparanlardan biri Herta Oberheuser Nürnberq məhkəməsi qarşısında. Ona 20 illik həbs cəzası verilir, 20 avqust 1947

təcrübələr silsiləsinə başladı. Söhbət İngiltərəyə reydlər edəcək

Herta Oberheuser nümunəvi davranışına görə 1952-ci ildə həbsdən azad edilib. Sonralar Stocksee-də ailə həkimi işinə düzəlsə də, keçmiş qurbanlarından biri tərəfindən tanınıb. İşini itirib. 1978-ci ildə 66 yaşında ölüb.
Herta Oberheuser nümunəvi davranışına görə 1952-ci ildə həbsdən azad edilib. Sonralar Stocksee-də ailə həkimi işinə düzəlsə də, keçmiş qurbanlarından biri tərəfindən tanınıb. İşini itirib. 1978-ci ildə 66 yaşında ölüb.

təyyarələrin heyəti üçün mükəmməl yay kombinezonlarının hazırlanmasından gedirdi.

O təyyarələrin çoxunu Şimal dənizi üzərindən keçərkən vururdular.

Dənizə düşən təyyarəçilər xilasedici halqaları olduğundan suyun üzərində bir müddət rahat qala bilir, amma sonra buzlu suyun soyuğuna davam gətirə bilməyərək, həlak olurdular.

Raşer Daxauda xüsusi hovuzlar və soyuducu qurğular quraşdırdı. Hərbi-hava qüvvələri onun işlərini maraqla izləyirdilər və Raşer özünə köməkçilər tələb elədi. Təklif olunan namizədləri (bu namizədlər İnsbrukdan professor Yariş, Kildən professor Holslehner və professor Ziqner idi) qəbul etməzdən əvvəl, Raşer Gestapodan tələb elədi ki, bu üç tibbi mütəxəssisi yaxşıca araşdırıb, onların «siyasi cəhətdən ləkəsiz» olduqlarını təsdiqləsin. Raşer keçirdiyi eksperimentlərin tamam məxfiliyinə əmin olmaq istəyirdi, çünki bu tətqiqatların əsl mahiyyətini anlayırdı.

Şaxtada davam gətirmə təcrübələri 1942-ci ilin avqustundan 1943-cü ilin mayına qədər davam elədi. Lüt soyundurulmuş məhbuslar gecə boyu açıq havada alman şaxtasının altında saxlanırdı. Onların daxili hərarəti 25 dərəcəyə enirdi. Onları huşlarını itirmiş halda otaqlara gətirir və isitmə eksperimentləri keçirirdilər. Himler tələb eləmişdi ki, bu isitmə təcrübələri «canlı isitmə» şəklində keçirilsin və bu məqsədlə Ravensbryukdan dörd qadın gətirmişdilər. Qadınlar lüt soyunaraq, bədənlərini donmuş adama söykəyr və öz bədənlərinin hərarəti ilə onu həyata qaytarmağa çalışırdılar. Amma bu, nəticə vermirdi. Qeyd edək ki, donan adamların tez isinməsi məsələsi hələ 1880-ci ildə, rus alimi Lepeşinski tərəfindən həll olunmuşdu, amma təbii ki, nasist «alim»lərinin bundan xəbərləri yox idi.

Nəm soyuğun təsirini öyrənmək üçün isə, məhbusları ya çılpaq, ya da yay kombinezonlarında buzlu su ilə dolu hovuza buraxırdılar. Xilasedici halqalar onları suyun üzərində saxlayır, batmağa qoymurdu. Doktor Paşoleq bu təcrübələrdən biri barədə deyir:

«İki sovet zabiti Daxauda keçirilən təcrübələrin ən dəhşətlisinə məruz qalmışdılar. Onları karserdən gətirmişdilər. Bizə onlarla danışmaq qadağan idi… Raşer onları soyunub, lüt halda hovuza düşməyə məcbur elədi. İki saatdan sonra əsirlərin huşu hələ başlarında idi. Biz Raşerə dedik ki, onlara iynə vuraq, amma o xahişimizi rədd elədi. Üçüncü saatda əsirlərdən biri o birisinə dedi: "O zabitə denən, qoy bizi güllələsin". Yoldaşı cavab verdi: "O köpək oğlunda insaf hardandı!“

Təcrübə beş saata yaxın davam elədi və hər iki zabitin ölümü ilə başa çatdı. Meyitlərini yarmaq üçün Münhenə göndərdilər».

Raşer iddia edirdi ki, qanaxmanın dayanması üçün möcüzəli yol aşkar edib və bu vasitəni «po-liqal» adlandırırdı. Bu vasitə ilə o çoxsaylı təcrübələr keçirdi. Onun atası və əmisi də həkim idilər. Həkimlərin ailəsində, ali həkim əxlaqına sahib insanların yanında böyüyən bu adam nasist nəzəriyyələrinin dəhşətli təsirinə necə düşə bilərdi? Onun siyasi baxışları atası, doktor Hans Avqust Raşerlə böyük fikir ayrılığına və narazılığa səbəb olmuşdu. Arvadının məsləhətinə əməl edərək, o, tərəddüd etmədən, atası barədə Gestapoya xəbər vermiş, Gestapo da öz növbəsində qoca həkimi iki dəfə (birincidə beş, ikincidə doqquz günlük) həsb etmişdi.

Heinrich Himmler
Heinrich Himmler



Onun hamburqlu həkim əmisi bir dəfə bu təcrübələrə görə onu qınamışdı. Mübahisə bütün gecəni davam eləmişdi: Raşer nasist prinsiplərini müdafiə edir, «aşağı və asosial varlıqlara qarşı ağılsız sevgi» bəsləyənləri ilk dəfə tənqid etməyə başlamış doktor Quettdən sitatlar gətirir, əmisi isə qardaşı oğluna Hippokrat prinsiplərinin dəyərini anlatmağa çalışırdı. Axırda Raşer əmisinə etiraf elədi ki, daha bu

Heinrich Himmler əsirləri nəzərdən keçirir
Heinrich Himmler əsirləri nəzərdən keçirir

barədə fikirləşməyəcək, o səhv yolda olduğunu da, bu yoldan qayıtmağın mümkünsüzlüyünü də yaxşı başa düşür.

Bütün alman həkimlərinin təcrübələrə münasibəti Raşerinki kimi deyildi. Doktor Velts doktor Lyutsa insanlarla işləməyi təklif edəndə, o demişdi: «Mən belə təcrübələr üçün özümü kifayət qədər sərt adam bilmirəm, hələ itin üzərində təcrübə aparmaq belə mənə ağırdı: o, üzümə elə baxır ki, yazığım gəlir».

Nasist həkimlərin çoxu belə davranmırdılar. Raşer öz əqidədaşlarına yuxarıdan aşağı baxırdı. Bir dəfə o, fizioloq Rainə demişdi: «Siz özünüzü fizioloq hesab edirsiniz, amma təcrübələriniz siçanlar və dəniz donuzları ilə məhdudlaşır. Mən insan fiziologiyasını doğrudan da bilən yeganə həkiməm, çünki təcrübələrimi siçanların deyil, insanların üzərində aparıram».

Himler bu təcrübələrin davamını razılıqla qarşılayır və özünün çoxsaylı məktublarında qeyd edirdi ki, SS xidməti onlara lazım olan insan materialını təmin etməlidir. O tez-tez özü də təcrübələrdə iştirak edir və arada bu tip təcrübələrə qarşı olan etirazları qəti və sərt şəkildə rədd edirdi.

«Doktor Raşerin təcrübələrinin, — o 1942-ci ilin noyabrında general Milxuya yazırdı, — böyük əhəmiyyəti var, mən bu tətqiqatlar üçün lazım olan materialı – cinayətkarları, sosial cəhətdən təhlükəli insanları, yəni ölümdən başqa heç nəyə layiq olmayan, konslagerlərin dolub-daşdığı o insanları hazırlayıb, təqdim etməyi öz üzərimə götürürəm.

Məsuliyyətini üzərimə götürdüyüm təcrübələrin inikişafını ləngidən çətinlikləri, xüsusilə də dini səbəblərdən doğan səbəbləri aradan götürmək yaxşı olardı. Mən bu təcrübələrdə şəxsən iştirak eləmişəm və şişirtmədən deyə bilərəm ki, bu elmi işin bütün mərhələlərində iştirak edib, stimul verərək, öz köməyimi göstərmişəm.

İnsanlarımıza xas olan fikir məhdudluğunın axırına çıxmaq üçün ən axı on il vaxt lazım olacaq. Xatırladıram ki, hərbi-hava qüvvələri ilə SS təşkilatı arasındakı bağlantını həyata keçirmək yaxşı, peşəkar tərcümeyi-hala sahib, qeyri-xristian təmayüllü intelligent fəlsəfəyə meyli olmayan tibb adamına həvalı olunub».

Raşerə məktubunda isə Himler daha dərinə gedirdi: «Mən insan materialı üzərində təcrübə aparmaqdansa, cəsur alman əsgərlərinin həlakını üstün tutan adamları vətən xainləri hesab edirəm. Mən heç tərəddüd etmədən belə adamların adını lazım olan yerlərə çatdıracağam və sizə də də icazə verirəm ki, mənim bu məsələdəki mövqeyimi lazım olan yerlərə çatdırasınız».

Amma Himlerin ali himayəsi belə Raşerin və arvadının həyatlarını faciəli şəklidə bitirməyinə mane ola bilmədi.

Qalmaqal başlayanda artıq 1943-cü il idi. İki uşaq anası xanım Raşer (Raşer onunla evlənəndə, qadın artıq ikinci uşağa hamilə idi) hamilə olduğunu bildirdi, bir müddət sonra isə yeni doğulmuş körpəni təqdim elədi. Amma sonra məlum oldu ki, hamiləilik yalan, körpə isə oğurluq imiş. İnsan əzablarını belə aşağı qiymətləndirən, ən iyrənc cinayətlərin hər gün təkrarlandığı cəmiyyətdə yaşayan adam kimi, Raşer bu məsələni sadəcə kənarda bir sevgi macərası kimi görürdü.

Sergio de Simone (29 noyabr, 1937 - 20 aprel 1945) 7 yaşlı yəhudi oğlan, Almaniyadakı Bullenhauser Damm Məktəbində aparılan tibbi eksperimentlər zamanı ölüb.
Sergio de Simone (29 noyabr, 1937 - 20 aprel 1945) 7 yaşlı yəhudi oğlan, Almaniyadakı Bullenhauser Damm Məktəbində aparılan tibbi eksperimentlər zamanı ölüb.


Amma nasist «əxlaqı»nın belə məsələlərə münasibəti fərqli idi. İrq və nəsillə bağlı hər şey müqəddəs hesab olunurdu. Bəlkə də «təmiz olmayan » qana sahib körpəni «ali qan daşıyan» körpə kimi cəmiyyətə sırımaq, üstəlik, SS reyxsfürerinə yalanla müşayiət olunan bu hərəkət ağır cinayət kimi qəbul olundu. Raşerlər cütlüyü qəfildən yoxa çıxdı, 1943-cü ildə onları tutub həsbxanaya atdılar. Onların işi araşdırılmağa başladı. Müttəfiq qoşunları Almaniyanın mərkəzinə yaxınlaşanda, Himler əmr verdi ki, Raşerlər cütlüyünün düşmən əlinə diri keçməsinə yol verməsinlər.

O, Raşerin və xüsusilə də onun arvadının kifayət qədər çərənçi olduğunu bilirdi və onların ifşa olunacaqlarından çox ehtiyat edirdi. Xanım Raşeri Ravensbryukda asdılar, doktor Raşeri iisə Daxauya göndərib, karserə saldılar. 1945-ci ilin aprelində, kameranın yarıaçıq qapısından ona yemək ötürəndə doktoru güllələdilər.

Düşərgələrdə bir çox başqa təcrübələr də aparılırdı. Bakterial silah əleyhinə müxtəlif vasitə və vaksinlər təcrübədən keçirilirdi. Bu təcrübələrin əsasında çox da yayılmayan bir insident dayanırdı. Bir dəfə Qafqazdakı SS dəstələri hücuma keçməkdən imtina elədilər – şayiələr yayılmışdı ki, o həndəvərdə taun xəstəliyi var. Bu, yəqin ki, SS-çilərin əmrə tabe olmaqdan imtina etdikləri yeganə hal olmuşdu.

Vaksinin hazırlanması üçün də insanlardan istifadə olunurdu; Buxenvaldda kişilərə tif infeksiyası yeridilir, onları viruslar üçün «rezervuara» çevirirdilər. Daxauda malyariyanı öyrənirdilər; xüsusi yetişdirilmiş ağcaqanadlar vasitəsilə polyak rahiblərinin aralarından seçilən minlərlə insan xəstəliyə yoluxdurulurdu. 1943-cü ilin sentyabrında Şərq cəbhəsində sarılıq epidemiyası başladı (bir ay ərzində 180 min hal qeydə alınmışdı). Bu xəstəliyin sağaldılması istiqamətində təcrübələr polyakların Müqavimət hərəkatından olanlar və Osvensimdəki, Zaksenhauzendəki yəhudilər üzərində aparılırdı.

Nasist lideri Hitler gənc SS-çilərin əlini sıxır. Soldan üçüncü Himler.
Nasist lideri Hitler gənc SS-çilərin əlini sıxır. Soldan üçüncü Himler.



Məhbuslar üzərində bir çox başqa tədqiqatlar da aparılırdı: yeni dərmanların təcrübədən keçirilməsi, yemək və konsentrasiyalarla dolu qida növlərinin sınaqdan keçirilməsi (Oranienburqda), süni hormonların yeridilməsi (Buxenvaldda), antiqanqrenoz mayenin sınaqdan keçirilməsi, hematoloji eksperimentlər, fosfor yanıqları üçün kremin təcrübədən keçirilməyi, süni fleqmon, çiban və qan yoluxması (Daxauda)...

Ani ölüm gətirən fenol iynəsi vasitəsilə insanları iynələyib öldürməyin yolları təcrübədən keçirilirdi. Akonitinlə zəhərlənmiş güllələr insanların üzərində sınanırdı (zəhərlənmiş güllələrlə güllələnmənin dəhşətli nəticələri barədə təsvirlər var). Qazla zəhərlənmiş suların təmizlənmə yolları axtarılırdı; rəhbər işçilərin özlərini öldürməsi üçün nəzərdə tutulmuş həblər də məhbusların üzərində təcrübədən keçirilirdi, hərbi zəhərləyici qazlar – iprit və fosgenin təsiri də onların üzərində yoxlanırdı.
Xüsusi sterilizasiya vasitələri də hazırlanırdı ki, gələcəkdə, nasistlər qalib gəlib, Avropanın şəriksiz sahibinə çevriləndən sonra kölələşdirilmiş xalqların doğuşunun qarşısını ya tam, ya da nisbətən ala bilsinlər.

Doktor Pokornının Himlerə məktubunda da sterilizasiya üçün medikamentoz vasitələrin hazırlanması əksini tapır: «Əgər biz insanların sterilizasiyası üçün hazırladığımız medikamentlərin istehsalına başlasaq, əlimizə yeni və çox güclü bir silah keçərdi. Hazırda Almaniyada çoxlu əsir bolşevik var. Təsəvvür edirsinizmi, bu adamların iş qabiliyyətini azaltmadan, çoxalmağını əngəlləyəcək sterilizasiya qarşımızda necə geniş perspektivlər açardı. Doktor Madaus müəyyən edib ki, maye, ya da iynə şəklində yeridilmiş kaladium sequinum bitkisi bir müddət sonra bəzi heyvanlarda, özü də təkcə erkək deyil, dişilərdə də dayanıqlı sterillik əmələ gətirir».

Bu tropik bitkinin şirəsinin təsiri ləng, onun Avropa iqlimində yetişdirilməsi çətin olduğundan, doktor Brak daha sadə vasitə işləyib hazırladı: rentgen şüaları yolu ilə sterilizasiya. Məhbusların üzərində tədqiqat aparandan sonra Brak müəyyən etdi ki, insanın tam sterilizasiyasına nail olmaq üçün kişiləri iki dəqiqə ərzində 500–600 rentgen gücünə, qadınları isə üç dəqiqə 300–350 rentgen gücünə məruz qoymaq lazımdır.

Bu, «terapevtik əməliyyatın» çətinliyi yalnız xəstənin bundan xəbər tutmamasına nail olmaqdan ibarət idi. Brakın ağlına dahiyanə bir ideya gəldi və o bu fikri «hörmətli reyxsfürerlə» bölüşməyə tələsdi: «Bu proseduru rahat həyat keçirmək üçün, yaxşı olardı ki, xəstəni bir pəncərəyə yaxınlaşdırsınlar və iki-üç dəqiqə ərzində ondan bir neçə suala cavab verməyini, ya da hansısa anketi doldurmağını istəsinlər. Pəncərənin qarşısında dayanan adam aparatı elə idarə edə bilər ki, eyni zamanda iki lampa (şüalanma iki tərəfdən baş tutmalıdır) işə düşsün. İki lampalı qurğu gün ərzində 150–200 adamı sterilizasiya edir, 20 qurğu isə bu sayı 3-4 minə çatdıra bilər».

Müharibədəki uğursuzluqları və Hitlerin öncəgörmələrinə uyğun gəlməyən sonluq nasistlərə bu elmi genosidi gerçəkləşdirməyə imkan vermədi. Amma hazırlıq mərhələsində artıq qərar verilmişdi və əgər müharibə nasistlər üçün uğursuzluqla bitməsəydi, onlar bu planı həyat keçirməkdə qərarlı idilər.

Karl Franz Gebhardt Ravensbryuk və Auschwitz (Osvemsim) düşərgələrində əsirlər üzərində aparılmış bir sıra eksperimental cərrahiyyə əməliyyatlarının koordinatoru. .
Karl Franz Gebhardt Ravensbryuk və Auschwitz (Osvemsim) düşərgələrində əsirlər üzərində aparılmış bir sıra eksperimental cərrahiyyə əməliyyatlarının koordinatoru. .


İnsan materialı üçün bədbəxt namizədlərin seçimi düşərgələrin siyasi şöbələrinə, yəni Gestapoya həvalə olunmuşdu. Gestapo əməkdaşının məhbusların siyahısında qoyduğu bir xaç işarəsi, bir sözü bəs idi ki, gənc, güclü bir oğlanı aşağı təzyiqli kameraya göndərsinlər (bir neçə saatdan sonra isə o, partlamış ağciyərlərinin tikələrini tüpürürdü), kifayət idi ki, həyat dolu bir gənc qadını həkimin yanına göndərsinlər və həkim onu ölümcül təhlükəsi olan şüa yolu ilə sterilizə etsin.
Hərdən Himlerin düşərgələrdəki agentlərinə ünvanlanmış məktublarında seçimlə bağlı məsləhətlər görülürdü. Məsələn, Osvensimdə yoluxucu sarılıq əleyhinə sınaqların keçirilməsi üçün polşalı Müqavimət Hərəkatı üzvlərinin, ya da Raşerin Daxaudakı buzlu hovuzlarında snıaqdan keçirmək üçün şaxtaya dözümlü sovet zabitlərindən istifadə etməyi o məsləhət görürdü.

Gestapo həmçinin, nasist institutlarının xahişi ilə anatomik eksponatların seçimini həyata keçirirdi. Nasistlər bu fəaliyyətlərində absurdun ağlagəlməz zirvələrini fəth edirdilər. Bu təcrübələr, dəhşətli qorxu filmlərində qəhrəmanın çılğın elmi təqiqatları həyat keçirmək üçün bədbəxt qurbanını öldürməsini xatırladırdı. Bu məsələlərə həsr olunmuş yazışmalar sadəcə ağlasığmaz görünür.

İlk nümunə təcrübə obyektlərinin hələ almanların özləri olduğu evtanaziya proqramının hazırlanması mərhələsinə aiddir.

O vaxt Berlində kayzer Vilhelmin adına bir elmi-tədqiqat institutu fəaliyyət göstərirdi və müəssisənin üç filialı vardı: Münhendə, Gettinhen və Dillenburqda. Sonuncu filiala doktor Hallervorden rəhbərlik edirdi. Bir dəfə doktor Hallervorden öyrənir ki, bəzi xəstələri dəm qazı ilə öldürəcəklər və bundan necə xeyir əldə etməyin yollarını düşünməyə başlayır. O bu çirkin işi yerinə yetirəcək adamları tapıb, onlara təklif elədi: «Qulaq asın, dostlar, əgər siz bu adamları öldürəcəksinizsə, onda heç olmasa onların beyinlərini salamat saxlayın ki, istifadə edə bilək». Ondan soruşdular: «Sizə tədqiqat üçün nə qədər beyin lazımdır?» — «Saysız-hesabsız, nə qədər çox olsa, o qədər yaxşıdı».

Sonra doktor onlara «məhsulun» necə saxlanması və daşınması yollarını yazdığı vacib instruksiyaları verdi. Həmçinin, doktor Hallervorden bütün bunların necə baş tutduğunu danışdı.

«Bu müəssisələrin çoxunda ciddi həkim çatışmazlığı vardı; buna görə də, həkimlərin çoxu ya işlərin çoxluğundan, ya da başısoyuqluqdan sanitar və tibb bacılarının seçiminə çox fikir vermirdilər. Əgər sanitarın gözünə kimsə xəstə ya da «uyğun» görünürdüsə, o adamı tez siyahıya alıb, məhvetmə məntəqəsinə göndərirdilər. Bu hadisələrin ən iyrənc tərəfi aşağı personalın qaydaya çevrilmiş rəhmsizliyi idi. Bəzən onlar sadəcə nəyə görəsə xoşlarına gəlməyən adamları siyahıya salırdılar».
Kayzer Vilhelm institutunda o qədər beyin vardı ki, hamısını öyrənə bilmək qeyri-mümkün idi və doktor Hallervorden hesab edirdi ki, nasizmin sayəsində elmin gələcəyi təmin olunub.

Nasistlərin «elmi» qətllərə yanaşmağının məntiqi sonluğu hesab olunacaq ikinci hal 1941-ci ilə aiddir. Bu dəfə nasistlər Hallervorden kimi, insanların meyitləri üzərində tədqiqat aparmaqla kifayətlənmədilər. Onlar qərara gəldilər ki, insanları elmi material kimi öyrənmək üçün öldürməyə başlasınlar.

Elzası işğal edəndən sonra almanlar Strasburq universitetinin tibb fakültəsini ələ keçirdilər və «özlərindən» olan SS şturmbannfüreri doktor Xirti bura rəhbər təyin etdilər. Doktor Xirt burada tibbi nasist kanonlarına uyğun tədris etməyə başladı – ən sevimli tədris isə təbii ki, irqi məsələ idi. Xirt Strasburqda yəhudi skelet və beyinlərindən ibarət unikal kolleksiya yaratmağa hazırlaşırdı. O bu məsələni, belə xahişlərin hamısının ünvanlandığı Himlerə yazdı.

«SS doktoru» yazırdı: «Bizim əlimizdə demək olar ki, bütün millətlərdən və irqlərdən olan insanların kəllə sümükləri var. Amma yəhudi irqindən bizim əlimizdəki materiallar həddən artıq azdır və biz onları öyrənib, yekun nəticələrə gələ bilmərik. Şərqdəki müharibə bizə imkan verir ki, bu boşluğu doldura bilək. Bolşevik yəhudi-komissarlara gəlincə, onlar deqradasiyaya uğrayan insanın xarakterik iyrənc xüsusiyyətlərinə malik olduqları üçün biz onların kəllə sümüklərin ələ keçirsək, dəqiq elmi sənəd əldə edə bilərik».

Qərar verildi ki, gələcəkdə sovet yəhudi-komissarları diri-diri ələ keçirilsin və hərbi polisə təhvil verilsin ki, onlar da əsirləri xüsusi nümayəndələr gələnə qədər saxlasınlar. Xüsusi nümayəndə onların fotolarını çəkəcək, bir sıra antropoloji ölçülər götürəcək, onların sosial mənsubiyyəti barədə lazım olan məlumatları alacaq, daha sonra əsir öldürüləcək, başı isə Strasburqa göndəriləcək.

Xirt yazır: «Bu yəhudilərin qətlindən sonra, onların başları zədələnməmiş halda göndərilməlidir. Nümayəndəmiz başı bədəndən ayırıb, hermetik tənəkə qabda lazım olan ünvana göndərəcək. Qab lazımi maye ilə doldurulacaq ki, başın yaxşı və zədəsiz qalmağını təmin eləsin».

Bu instruksiyaların cavabı olaraq, o vaxt Strasburq universiteti çoxlu sayda qəribə bağlamalar alırdı.

Amma tez bir zamanda Xirt daha başlarla kifayətlənmədi. O, bütün skeletləri tələb edirdi, özü də təkcə «yəhudi-komissarların» skeletini deyil. Osvensimdəki düşərgə Strasburqa 150 skelet göndərmək barədə əmr aldı. Düşərgə skeletlərin lazım olan ölçülərini götürmək imkanına sahib olmadığından (Xirt isə hələ onlar canlı ikən bütün ölçü və qeydlərin götürülməyini tələb edirdi) qərara alındı ki, canlı «obyektləri» Strasburq yaxınlığındakı Natsveyler düşərgəsinə göndərsinlər.

1943-cü ilin iyununda Gestaponun Osvensimdən seçdiyi 115 adam Natsveylerə gətirildi. Avqustda daha 80 nəfər gətirildi. SS hauptşturmfüreri Kramer həmin vaxta qədər bir çox düşərgələrdə işləmişdi, sonra o öz karyerasını Berqen-Belzendə komendant kimi bitirdi. Burada o, «Belzen vəhşisi» adını almışdı. Kramer seçilənləri öldürməyi öz üzərinə götürdü. O, əsirləri öldürmək üçün sianid zəhərindən istifadə edirdi – belə olanda bədən tamam salamat qalırdı. Beləliklə, meyidlər Xirtin əməliyyat masasına hələ isti-isti gətirilirdi ki, o da bundan çox məmnun qalırdı. Onun anatomik kolleksiyası əməlli-başlı zənginləşmişdi.

Amerika və fransız qoşunları şəhərə yaxınlaşanda, nasistlər tərəddüd içində idilər, çünki universitet morqunun buzxanalarında hələ 80 meyid vardı ki, onlar müttəfiqlərin əllərinə keçəcəkləri təqdirdə ciddi subutlara çevriləcəkdi. Xirt təcili instruksiya istədi. O, kolleksiyanı saxlamalı idimi? Ya bir hissəsini, ya da bütünlüklə məhv etməli idimi? Qərara alındı ki, skeletlər ətdən ayrılsın, tanınmaz hala salınsın və bəyan edilsin ki, bunlar hələ fransızların vaxtından qalıb. Nəhayət, oktyabrın 26-da «Anenerbe»nin baş katibi Zivers (o, hadisələrin inkişafına diqqətlə nəzarət edirdi) elan elədi ki, kolleksiya lazım olan hala gətirilib. Amma məlumat yalan idi. Xirtin köməkçiləri meyidlərin hamısını deyilən şəklə salmağa macal tapmamışdılar və qoşunlar Strasburqa girəndə, əsirlərin meyidləri hələ də Xirtin «rezerv anbarlarında» idi.

Bu qorxunc anbar fransızların ikinci zirehli tank diviziyası tərəfindən aşkarlanmışdı. Xirt yoxa çıxmışdı. Onun taleyi həmişəlik sirr olaraq qaldı.

O, axtarışlardan yayına bilən və həmkarları ilə birlikdə Nürnberqdəki «həkimlər prosesi»ndə məşkəmə qarşısına çıxan həmkarları ilə yanaşa dayanmayan tək-tük nasistlərdən biri oldu.

Tərcümə: Günel Mövlud

XS
SM
MD
LG