Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

«Kasparov neçə ildir deyirdi ki, Putin Qərbə təhlükə olacaq»


Polis Kasparovu saxlayır
Polis Kasparovu saxlayır
-
Qərb mediasını ən çox maraqlandıran məsələ Putinin bazarlıq siyahısında indi hansı ölkənin olmasıdır. Medianın toxunduğu digər mövzu - İranda Ruhani,Rusiyada Putin haqda neçə vaxtdır deyilənlərə Qərbdə məhəl qoyulmamasıdır.

***

“Ruhaninin Qorxu Respublikası”. Walll Street Journalda çıxan yazı belə adlanır. Tehranın məşhur Evin həbsxanasında tanınmış dissidentlər, bloqqerlər, insan haqları müdafiəçiləri saxlıanır. Keçən həftə inqilabi qvardiya və kəşfiyyat nazirliyinin əməkdaşları həbsxanaya gəlib, məhbusları kütləvi şəkildə döyüblər. Onlarla məhbus xəstəxanaya düşüb.
Evin həbsxanası
Evin həbsxanası

Qəzet yazır ki, Ruhani prezident olanda Qərb ümid edirdi ki, Çində vaxtilə Den Syao Pin olan kimi İranda da Ruhani islahatçı olacaq. Ancaq Qərb yaddan çıxarırdı ki, Ruhani uzun müddəti təhlükəsizlik məmuru olub. Ruhani həmişə rejimin daxili çevrəsinin bir halqası olub.

***

Walll Street Journal yazır: “Navalny və Kasparov neçə ildir deyirdilər ki, Putin Qərb üçün təhlükə olacaq, ancaq bu deyilənləri qərblilər qulaqardına vururdular ki, bu, bizim işimiz deyil. İndi görmək olar ki, kim haqlıdır. Putin Ukraynanı tutur, Avropanın çox hissəsi menyudadır”.

***

Los Angeles Times soruşur ki, Putinin bazarlıq siyahısı: Növbəti ölkə hansıdır?
Qəzet yazır ki, Rusiya konstitusiyasında 61-ci maddə var. Burda deyilir: “Rusiya Federasiyası öz sərhədlərindən kənarda öz vətəndaşlarına müdafiəyə və himayəyə təminat verir”.

Qəzet yazır ki, bu maddə təbii görünür. Ancaq zəhərlidir. Rusiya Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı regionda və başqa yerlərdə istəyənlərə Rusiya vətəndaşlığı verir. Bir gün də onları qorumaq adı ilə başqa ölkələrə tank yeridə bilər.
61-ci maddə - qonşu ölkəyə girən Rusiya tankları və əsgərləri deməkdir.

Vaxtilə Almaniya Çexoslovakiyaya qoşun yeridəndə bu ölkənin Sudet regionunda yaşayan almanlarla Çexoslovakiya hökumətinin pis davrandığını əsas gətirmişdi. 1938-ci ildə Hitler öz çıxışında deyirdi: “Sudet almanları alman olublar və indi də almandırlar. Bu alman azlığı ilə pis rəftar olunurdu”.

***
Dnestryanı regionla sərhəddə Ukrayna sərhədçiləri, 2014-cü ilin mart ayı
Dnestryanı regionla sərhəddə Ukrayna sərhədçiləri, 2014-cü ilin mart ayı

New York Times yazır ki, növbəti Ukrayna Moldovadır. 4 milyon əhalisi olan Moldovada çoxları qorxur ki, Moskvanın yeritdiyi provokatorlar Moldovanı növbəti Ukraynaya çevirsinlər. Qəzet “açıq havada sovet dövrünün muzeyi” adlandırdığı Dnestryanı regionu da xatırladaraq hesab edir ki, ola bilsin, Putini Moldovada dayandırmaq artıq gecdir, ancaq nə olursa, olsun,

Qərb Moldova hökumətinə Rumıniyadan qaz və elektrik almaqda kömək etməlidir. Bu, qazsız və işıqsız qoymaqla moldovanları dondurub, təslim etmək istəyən Putinin işini çətinləşdirəcək.

***

İndependent qəzeti yazır ki, Britaniyanın keçmiş baş naziri Toni Blair Britaniyanı və Qərb ölkələrini Ukraynaya görə Rusiya ilə fikir ayrılıqlarını bir kənara qoyub, islam ekstremizmi ilə mübarizədə əməkdaşlığa çağırıb.

Blair hesab edir ki, islam ekstremizminə münasibətdə Avropa və ABŞ-ın maraqları Rusiya və Çinin maraqları ilə üst-üstə düşür.
Blair
Blair


İndependent yazır ki, İraq müharibəsinin qatı tərəfdarı olan Blairin bəyanatı Britaniya və digər Qərb ölkələrinin radikal islamla bacara bilməməyindən artan narahatlığın əlamətidir.

Blair həmçinin bildirir ki, İranda inqilab olsa, Qərb inqilabçılar tərəfdə olalıdır, əgər inqilab olmasa, onda təkamülü dəstəkləməlidir. Blair qərbpərəst hesab olunan Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələri də tənqid edir ki, onlar məktəblərdə radikal islamın tədrisinə dözürlər.

Blair xəbərdarlıq edir ki, problemlər həll olunmasa, daha pis günlər hələ qabaqdadır.
XS
SM
MD
LG