Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:36

NİDA-çıların məhkəməsi mayın 1-də davam edəcək

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb.

AzadlıqRadiosu məhkəməni və məhkəmə binası ətrafında baş verənləri yaxından izləyir. Xəbərlər Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.
11:17 25.4.2014
Polisə göstəriş gəldi ki, məhkəmənin ətrafında jurnalistlərdən başqa kimsə qalmasın.

Polis hazırda NİDA-çı gənclərin məhkəməsini izləmək istəyənləri məhkəmənin qarşısından uzaqlaşdırır.
11:01 25.4.2014
Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb. ​Ötən günkü prosesdən fərqli olaraq bu gün polis məkəmə zalına girməyə imkan yaradıb. Polis məhkəmə keçirilən ərazidə gücləndirilmiş iş rejimində işləyir. AzadlıqRadiosunun müxbiri məhkəmə zalının dolu olduğunu bildirir.

NİDA-çı gənclər ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar partlayıcı maddə əldə etmə, narkotik maddə saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır.

Aprelin 17-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Həmin gündən gənclər buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar

Davamı

XS
SM
MD
LG