Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Prezident Administrasiyası Rauf Mirqədirovun həbsinə münasibət bildirdi


Əli Həsənov
Əli Həsənov
-
«Hüquq-mühafizə orqanları Rauf Mirqədirovu saxlayıbsa, deməli, buna əsasları var».

Bunu apa-ya Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, indiki dövrdə jurnalisti əsassız saxlamaq mümkün deyil:

«Rauf Mirqədirovun məsələsi ilə əlaqədar araşdırma gedir. Hazırda demək də olmaz ki, onun günahları artıq sübut olunub. Bu, məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Məhkəməyə qədər heç kim kiməsə cinayətkar deyə bilməz. Bununla yanaşı, Rauf Mirqədirovun ittiham olunduğu maddə var və məsələ ilə bağlı Baş Prokurorluq açıqlama verib. Araşdırmanın nəticəsini gözləmək lazımdır».

Əli Həsənov deyib ki, Azərbaycan məhkəmələrinin, prokurorluq orqanlarının bu və ya digər məsələyə münasibəti, hökmü kimlərisə qane etmirsə, sonrakı mərhələdə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər.

«Ayna-Zerkalo» qəzetinin Türkiyədə olan əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. O, 4 il idi ki, Türkiyədə yaşayırdı. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları əsassız sayır.
XS
SM
MD
LG