Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

NİDA-çı gənclərin səhhətində geriləmə var


-
Həbsdə olan və hazırda aclıq aksiyası keçirən NİDA-çı gənclərin səhhətində geriləmə var.

Bunu vəkil Fariz Namazlı deyib.

Vəkil Bəxtiyar Quliyevlə və Məmməd Əzizovla görüşüb. Onun sözlərinə görə, gənclərin vəziyyətləri ürəkaçan deyil.

Gənclərin valideynləri də aclıq edən övladlarının səhhətlərinin pisləşdiyini bildiriblər.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü 12 gündür aclığı davam etdirir.

NİDA-çı gənclər aprelin 17-dən ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi aclıq aksiyasına başlayıb. Onların valideynləri də övladlarının azad edilməsi üçün aprelin 20-dən aprelin 24-ə qədər aclıq aksiyası keçirmişdi.

Dövlət ittihamçısı NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib.
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» NİDA-çıları “vicdan məhbusları” adlandırıb, onların azad olunması üçün kampaniyaya başlayıb.
XS
SM
MD
LG