Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Məşhur yazıçıdan məsləhətlər


William Faulkner
William Faulkner
-

Nobel mükafatlı Amerika yazıçısı William Faulkner-dən gənc yazarlara məsləhətlər


1. Əgər mən olmasaydım…

“Əgər mən olmasaydım, mənim yazdıqlarımı bir başqası yazacaqdı. Eyni şeyi Hemingway, Dostoyevsky, bizim hamımız haqqında söyləmək olar. Buna sübut kimi onu göstərmək olar ki, Shakespeare-in pyeslərinin müəllifliyinə 3 namizəd var. Əsas olan - “Hamlet” və “Yay gecəsinin yuxusu”dur, onları kimin yazması yox”.

2. Təsirlənmək pis şey deyil…


“Əvvəllər də dediyim kimi, yazıçı qətiyyən etika-filan gözləyən birisi deyil. Ona hardan, nə lazımdırsa, götürəcək, özü də bunu açıq şəkildə edəcək, boynuna da alacaq, çünki ümid edir ki, ortaya babat bir məhsul qoyacaq və sonrakı nəsil də onun yazdıqlarından nəsə götürəcək, özü də bu, yazıçıya xoş gələcək, çünki inanır ki, onun öz dəyərli sələflərindən əxz elədiklərinə də həmin müəlliflər yazlnız sevinə bilər”.

3. İstedad, intizam, zəhmət…

İşin 100-də 99-u istedaddır… işin 100-də 99-u intizamdır… işin 100-də 99-u zəhmətdir. Yazıçı heç zaman yazdığından razı qalmamalıdır. Hansısa işi həmişə daha yaxşı görmək olar. Daim öz imkanlarından daha böyük hədəflərə köklən. Yalnız öz müasirlərindən və sələflərindən üstün olmağa can atma. Özünü ötüb keçməyə çalış.

4. Məzmun və üslub

Məncə, üslub xeyli dərəcədə elə məzmundan gələrək formalaşır. Yazıçı beynini üslub yaratmaqla çox məşğul etməməlidir. Əgər edəcəksə, yazdıqları üstü bəzək, altı təzək olacaq. Göz oxşayacaq, qulağa xoş gələcək, amma məzmunca dayaz olacaq.

5. Yazıçı oxucu olmalıdır…

Oxumaq, oxumaq, yenə də oxumaq. Əlinə nə keçdi oxu – hətta ziri-zibili, klassikanın pisini-yaxşısını, oxu, gör, bu işin çəmi nədir. Lap odunçunun şəyirdi kimi, bax, öz ustandan öyrən. Oxu! Oxuyub canına hopdur! Sonra yaz. Əgər yaxşı alınacaqsa, biləcəksən, bərbad olacaqsa, pəncərədən vızıldat getsin.

6. Qarşısıalınmaz…

Bəzən eşidirəm ki, kimlərsə gileylənir, “Ailə qurmasaydım, uşaqlarım olmasaydı, yazıçı olardım” deyir, yaxud kimlərsə şikayətlənir ki, “Filan işdən canımı qurtara bilsəydim, yazıçı olardım”. Mən belə şeylərə inanmıram. Məncə, əgər sən yazmalısansa, yazacaqsan və bunun qarşısını heç nə ala bilməz.
XS
SM
MD
LG