Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

“Azərbaycan qazı kiməsə qarşı alət kimi istifadə olunmamalıdır”


Arxiv foto
Arxiv foto
-
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov mayın 1-də CNN-ə müsahibəsində Azərbaycan qazının Avropaya çatdırılması planları barədə danışıb.

O, bildirib ki, Xəzər dənizindən qaz kəmərinin çəkilməsi və qazın istehsalına ümumilikdə 45 milyard dollara yaxın investisiya lazımdır. Bu, 3.5 min kilometrlik kəmərin tikintisi 5 il çəkəcək.

Bir neçə ölkədə 12 alıcı var. 2019-cu ilədək 6 milyard kubmetr əlavə qaz Türkiyəyə, 10 milyard kubmetr qaz Yunanıstana, Bolqarıstana, İtaliyaya daşınacaq.

“Rusiya Azərbaycandan ciddi həcmdə qaz alır. Bütün bunlar sizin Rusiya ilə münasibətlərinizə necə təsir edəcək?” sualını Elşad Nəsirov belə cavablandırıb:

RUSİYA QAZINA RƏQİB DEYİLİK

“Biz özümüzü Rusiya qazına böyük rəqib saymırıq. Çünki hal-hazırda bizim çıxardığımız qazın həcmi elə də böyük deyil. Hesab edirik ki, Avropaya göndərəcəyimiz əlavə qaz Avropa Birliyinin qaz mənbələrinin şaxələndirilməsinə töhfəsini verəcək.

Tələb və təklif arasındakı uçurumu azalda bilərik. Hesab edirəm ki, Azərbaycan qazının istehsalı kiməsə qarşı alət kimi istifadə olunmamalıdır”.

“Avropa Birliyinin istədiyi əlavə qaz deyil, sabit, uzun-müddətli etibarlı qaz tərəfdaşıdır. Azərbaycan bunun öhdəsindən gələ biləcəkmi?”

“Əlbəttə, biz on ildən artıqdır Cənub Qaz dəhlizi üzrə danışıqlara qatılmışıq. Avropa Birliyini qazla təmin etməyə sadiqik. Eyni zamanda daha qısa məsafələrə, qonşularımıza – Gürcüstan, Rusiya və Türkiyəyə də qaz göndərməyə hazırıq”.
XS
SM
MD
LG