Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:47

Putin jurnalistlərə gizlicə medal verir


Birinci kanalın Ukrayna-Polşa sərhəddini Ukrayna-Rusiya sərhəddi kimi qələmə verməsi
Birinci kanalın Ukrayna-Polşa sərhəddini Ukrayna-Rusiya sərhəddi kimi qələmə verməsi
-
Rusiya prezidenti Putin gizli olaraq 300-dən çox media nümayəndəsinə Krım hadisələrini “obyektiv” işıqlandırmağa görə medal və mükafat verib.

Bu xəbəri Rusiyada son müstəqil medialardan biri olan “Vedomosti” mayın 5-də verib.

Putinin sözçüsü Peskov "Moscow Times" qəzetinə xəbəri təsdiqləyib, ancaq deyib ki, “Kreml bu xəbərə heç nə əlavə etmək istəmir”.

Putin mükafatlandırma sərəncamını Krımın anneksiyasından bir ay sonra – aprelin 22-də imzalayıb.

“Vedomosti” yazır ki. jurnalistlər “yüksək peşəkarlıq göstərdiklərinə görə” mükafatlanıblar. Ancaq “Vedomosti” prezidentin mətbuat xidmətindən soruşub ki, bəs bu qərar prezidentin saytında niyə yerləşdirilməyib? - Cavab bu olub ki, “sənəd ictimaiyyət üçün deyil”.

Mükafat alanlardan yalnız biri – RTRS dövlət kanalının direktor müavini Pinchuk mükafat aldığını təsdqilıəyib.

“Vedomosti”nin məlumatına görə, təkcə Rusiyanın Dövlət televiziyası olan Birinci kanalından 60 nəfər mükafat alıb.

JURNALİST MÜKAFATI NƏYƏ GÖRƏ ALIR?

Birinci kanal mart ayında Ukraynadan Rusiyaya kütləvi qaçanlar haqda məlumat verdi, ancaq sonra məlum oldu ki, bu, video Ukrayna-Polşa sərhəddində çəkilib. .

RT kanalı isə Ukrayna millətçilərinin və neonasistlərinin rusdilli əhaliyə necə divan tutması haqda nağıllar danışır.

ABŞ Dövlət katibi John Kerry keçən Rusiyanın ingilisdilli televiziya kanalını “Putinin Ukraynada olanlar haqda fantaziyalarını yaymaqda” ittiham etmişdi.

2009-cu ilin yanvarında o vaxtki prezident Medvedev də Rusiya-Gürcüstan müharibəsindən sonsra 11 jurnalisti mükafatlandırmışdı, ancaq o, Putindən fərqli olaraq bunu açıq etmişdi.
XS
SM
MD
LG