Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

Rauf Mirqədirov ifadə verməyəcəyini deyir


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
“İstintaq orqanı mənə qarşı irəli sürülən ittihamı təsdiq edəcək hər hansı bir sübut təqdim etməsə ifadə verməyəcəm”.

Belə bir bəyanatla mayının 6-da Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Ayna”, “Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov çıxış edib. Bunu AzadlıqRadiosuna jurnalistin vəkili Elmar Süleymanov deyib.

Vəkil deyir ki, bundan başqa onların aprelin 25-də istintaqa Rauf Mirqədirovun yaxınları ilə telefon əlaqəsi yaratmaq və görüşməklə bağlı etdikləri müraciətə indiyə qədər cavab verilməyib:

“Həm MTN istintaq təcridxanasına, həm işin istintaqını aparan müstəntiq İbrahim Lənbəranskiyə, həm də baş prokurorun birinci müavininə rəsmi şəkildə müraciət etmişik ki, Raufa ailə üzvləri ilə görüşmək və ya telefonla danışmaq imkanı yaradılsın. Biz qanuna uyğun olaraq belə bir addım atmışdıq. Məsələ ilə bağlı MTN-nin istintaq təcridxanasının rəisi ilə görüşdüm. O dedi ki, bunun üçün müstəntiq tərəfindən xüsusi göstəriş verilməsə, onlar bu müraciəti təmin edə bilməyəcəklər. Biz isə hesab edir ki, bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır”.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”,“Zerkalo” qəzetlərin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olub və daha sonra Bakıda həbs edilib. O, “dövlətə xəyanət”də ittiham olunur. Jurnalist ittihamları rədd edir.
XS
SM
MD
LG