Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:41

R.Akhmetov-un şirkətləri qoşunları və yaraqlıları Donbassı tərk etməyə çağırır


Rinat Akhmetov, 2011
Rinat Akhmetov, 2011
Ukrayna biznesmeni Rinat Akhmedovun “Metinvest” qrupu rəsmi bəyanat yayaraq Donbassda xüsusi əməliyyatların dayandırılması və bölgədə silah tətbiqindən imtina olunmasına çağırıb.

“Metinvest”ə daxil olan böyük zavod və mədən rəhbərlərinin imzaladığı bəyanatda deyilir ki, Ukrayna hərbçiləri və digər silahlı qruplaşmalar dərhal bütün şəhərləri tərk etməlidirlər. Onların fikrincə, hələ də dinc danışıqlar imkanı mövcuddur, qeyd olunur ki, Donbass ərazisində hərbi əməliyyatların davam etdirilməsi əhalinin hakimiyyətə etimadını sarsıdacaq.

“Metinvest” təklif edir ki, Mariupolda və Donbass-ın digər şəhərlərində yol verilən “ağır səhvlər” etiraf olunmalı, qoşunlar çıxarılmalı və sosial gərginliyin zəiflədilməsi üçün vətəndaşlarla dialoq aparılmalı, təcili siyasi kompromisslər əldə olunmalıdır.

Ukraynanın ən varlı adamlarından olan Rinat Akhmetov sabiq prezident V.Yanukovych-in əsas tərəfdarlarında biri sayılırdı. Regionda vəziyyət gərginləşəndən sonra onun haidəslər təsir imkanları haqda ziddiyətli fikirlər var. Rusiyameylli yaraqlıların məhz onun tərəfindən maliyyələşdirilməsi ittihamları ilə yanaşı, Donbassda inzibati binaları zəbt edən separatçıların onunla düşmənçiliyi haqda şərhlər də özünə yer tapır.

"Metinvestə" Donetsk və Marioupoldakı iri sənaye müəssiləri daxildir.
XS
SM
MD
LG