Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:29

Soma faciəsindən ürək göynədən 3 yarpaq…


Somada şaxtaçını xilas edirlər
Somada şaxtaçını xilas edirlər
-
Türkiyədəki mədən faciəsi dünya mediasının diqqət mərkəzindədir.

200-dən çox adamın öldüyü bu mədən haqqında hələ çox danışılacaq.

Türk mediası qan ağlayır.

Qəzetlər nalə çəkən başlıqlarla çıxır.

Dövlət üçgünlük matəm elan edib, bayraqlar yarıya endirilib...

Fatih Terim qızının bu cümə günü keçiriləcək toy mərasimini ertələyib: «Yaşanan bu acını ürəyimizin və beynimizin hər guşəsində ən dərin şəkildə hiss edir və paylaşırıq...».

Sosial şəbəkələr də qaynaşır.

«Milliyet» qəzetinin yazdığına görə, sosial şəbəkələrdə 3 söz oxunma və paylaşma rekordları qırır.

BİRİNCİ SÖZ: ÇƏKMƏMİ ÇIXARIMMI?..

Soma faciəsindən sağ qurtaran yaralı bir işçinin təcili yardıma mindirilərkən: «Çəkmələrimi çıxarımmı? Sedye (xəstə daşıyan xərək) çirklənməsin...» sözləri gözyaşılarına səbəb olub... Bu da həmin an.

Türkiyə yaşanan mədən fəlakətində yeraltında köməksiz qalan işçilərə, ölənlərə və onların ailələrinə ağlarkən, bir orta məktəb şagirdinin mədənçi atasını canlandırdığı rəsm sosial mediada paylaşma rekordları qırır... Bu da həmin şəkil.

ÜÇÜNCÜ SÖZ

Faciədən sağ qurtaran bir işçi NTV-nin canlı yayımında mədəndə yaşadıqlarını anladır. Müxbirin «Mədənə təkrar enəcəksinizmi» sualını işçi belə cavablayır: «Getməliyəm...Banka kredit borcum var».
XS
SM
MD
LG