Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:22

«Sovetski»dən köçmək istəməyənlər evlərində qala bilərlər


-
““Sovetski” məhəlləsində 70-dən çox ev sökülüb. Artıq 700-dən çox sakin pullarını almaq üçün protokola imza atıb. 3000-ə yaxın ev inventerraşdırılıb”.

Bunu AzadlıqRadiosuna Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

Narazı sakinlərin rəsmilərlə görüşü - 18 Fevral 2014
Narazı sakinlərin rəsmilərlə görüşü - 18 Fevral 2014
İcra başçısının sözlərinə görə, köçürülmə normal gedir, camaat razılığa gəlib.

- Bəs, söküntü başlamayan yerlərdə köçürülmə nə vaxt başlayacaq?

- Onlara kompensasiya veriləndən iki ay sonra söküntü başlanır. Ona görə o iki ay gəlib çatmalıdır ki, özlərinə ev alsınlar. İki aylıq onlara kirayə pulu da verilir.

- Kompensasiya 1500 manatdır?

- Bəli.

- Belə də davam edəcək?

- Bəli.

- Siz dediniz camaat razılığa gəlib. Ancaq narazılar da var. Onlar deyirlər ki, təklif olunan pula heç nə ala bilmərik.

- Əgər narazıdılarsa, köçməsinlər, qalsınlar.

- Bu mümkündür?

- Əlbəttə.

- Bir müddət əvvəl evinin ərazisi kiçik olanların evlə təmin ola biləcəyi variantı da səsləndi.

- Mən bu haqda hələ eşitməmişəm, yalan danışa bilmərəm. Gələcəkdə hər şey ola bilər. Amma bu gün mənim o variant haqqında heç bir məlumatım yoxdur.
"Sovetski"
"Sovetski"
- Sökülən evlərin yerində nə salınacaq?

- Yerində park, geniş yollar, abadlıq olacaq.

- Dediniz ki, köçmək istəməyənlər qala bilər. Əgər bir hissə köçməyəcəksə, o plan necə həyata keçiriləcək?

- İndi onu zaman göstərəcək.

- Zaman uzun çəkəcək, yoxsa qısa?

- Hardasa bir 3 il çəkər.

- Köçmək istəməynlər nə vaxta qədər istəsələr qala bilərlər, yoxsa onun da bir müddəti olacaq?

- Mən bu suala cavab verə bilmirəm. Ona görə ki, bu gün məsələnin qoyuluşu belədir – kim istəyir gəlsin kompensasiyasını alsın, getsin, kim istəyirsə, qalsın, yaşasın.

- Orada nə qədər əhali yaşayır?

- Birinci etapda 3500 təsərrüfatdır, orada 10 minə yaxın əhali yaşayır. Ümumilikdə 38-39 min əhali yaşayır - bütün o 4 etapda köçürüləcək hamısı.

- Sonuncu 4-cü etap nə vaxta planlaşdırılır?

- O işin gedişatına baxır. Köçürmə həddindən artıq böyük həcmli bir işdir. Bəlkə də bir 2-3 il çəkəcək.
XS
SM
MD
LG